...

SOCAR-dan gənclərə daha bir fürsət (FOTO)

İqtisadiyyat Materials 18 Oktyabr 2017 11:34 (UTC +04:00)
SOCAR-ın Xaricdə Təhsil üzrə Təqaüd Proqramı Komissiyasının iclası keçirilib.
SOCAR-dan gənclərə daha bir fürsət (FOTO)

Bakı. Trend:

SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, iclasda SOCAR-ın Xaricdə Təhsil üzrə Təqaüd Proqramı çərçivəsində kimya mühəndisliyi, geologiya mühəndisliyi, kompüter mühəndisliyi, iqtisadiyyat və insan resurslarının idarə edilməsi ixtisas qrupları üzrə təhsilini başa vurmuş 7 məzunun hesabat xarakterli təqdimatları dinlənilib.

Məzunlar təhsil aldıqları ixtisas və ali təhsil ocaqları, eləcə də Azərbaycanın təbliğatı istiqamətində ictimai fəaliyyətləri barədə ətraflı məlumat veriblər. Hesabatlar dinlənildikdən və komissiya üzvlərinin müzakirələrindən sonra məzunlara ixtisaslarına uyğun müvafiq iş yerləri təklif edilib.

Qeyd edək ki, 2006-cı ildən etibarən SOCAR-ın Xaricdə Təhsil üzrə Təqaüd Proqramına 293 nəfər cəlb edilib. 30 nəfər tələbə hazırda Proqram çərçivəsində təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti