...

Azərbaycan-Monteneqro Hökumətlərarası Komissiya əməkdaşlığın genişləndirilməsini müzakirə edəcək

İqtisadiyyat Materials 3 Noyabr 2017 10:44
İqtisadiyyat naziri, Azərbaycan Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan-Monteneqro Hökumətlərarası Komissiya əməkdaşlığın genişləndirilməsini müzakirə edəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

İqtisadiyyat naziri, Azərbaycan Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə nazir Ş.Mustafayev ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini qeyd edib, Azərbaycan Prezidentinin 2013-cü ildə Monteneqroya, Monteneqro Prezidentinin isə bir neçə dəfə ölkəmizə səfər etdiyini vurğulayıb.

Azərbaycan-Monteneqro arasında əlaqələrin genişlənməsində Parlamentlərarası işçi qruplarının, Azərbaycan və Monteneqro hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın, Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr üzrə Mərkəzin fəaliyyəti də önəmlidir. Bildirilib ki, ölkələr investisiya, ticarət, turizm, maliyyə sahələrində əməkdaşlıq edir. Hökumətlərarası Komissiyanın 2018-ci ildə keçirilməsi nəzərdə tutulan növbəti iclasında bu və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək. Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı, həyata keçirilən layihələr barədə məlumat verib, enerji, nəqliyyat, turizm sahələrində əməkdaşlıq, birgə layihələrin reallaşdırılması imkanlarını diqqətə çatdırıb.

Azərbaycan-Monteneqro əlaqələrindən danışan S.Darmanoviç bu günlərdə açılmış Bakı-Tbilisi-Qars dəmir yolunun təkcə region üçün deyil, beynəlxalq əhəmiyyətini vurğulayıb. S.Darmanoviç Azərbaycanın ölkəsinə ən çox investisiya yatıran ölkələrdən olduğunu qeyd edib, enerji, kənd təsərrüfatı, nəqliyyat və sənaye sahələrində əlaqələrin inkişafı üçün imkanların geniş olduğunu bildirib.

Görüşdə həmçinin, Azərbaycan Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti