...

Daşınmaz əmlak məlumatını real vaxt rejimində əldə etmək olacaq

İqtisadiyyat Materials 17 Noyabr 2017 13:18 (UTC +04:00)
Azərbaycanda daşınmaz əmlak barədə məlumatı real vaxt rejimində əldə etmək mümkün olacaq.
Daşınmaz əmlak məlumatını real vaxt rejimində əldə etmək olacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda daşınmaz əmlak barədə məlumatı real vaxt rejimində əldə etmək mümkün olacaq.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Mülki Məcəlləyə dəyişikliklərdə öz əksini tapıb.

Mülki Məcəlləyə 148.2-1-ci maddəsinin əlavə edilməsi təklif olunur. Yeni maddəyə əsasən, hüquq sahibinin istəyi ilə “Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlak üzərində sərəncam verildiyi hallarda çıxarışın notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsi ilə “Notariat haqqında” qanuna uyğun olaraq real vaxt rejimində əldə ediləcək.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna da eyni məzmunlu dəyişikliyin edilməsi təklif edilir. Belə ki, qanunun 5.1-2-ci maddəsinə ikinci cümlənin əlavə edilməsi məqsədəuyğun sayılır. Bu maddənin yeni redaksiyasına əsasən, hüquq sahibinin istəyi ilə “Elektron hökumət” portalında yerləşdirilmiş çıxarış notarius, notariat hərəkətləri aparan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsi ilə “Notariat haqqında” qanuna uyğun olaraq real vaxt rejimində əldə ediləcək.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti