...

ABŞ səfiri "CEO Lunch Baku"nun fəxri qonağı olacaq

İqtisadiyyat Materials 30 Noyabr 2017 19:32
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta dekabrın 20-də keçiriləcək 9-cu CEO Lunch Baku-da iştirak edəcək.
ABŞ səfiri "CEO Lunch Baku"nun fəxri qonağı olacaq

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta dekabrın 20-də keçiriləcək 9-cu CEO Lunch Baku-da iştirak edəcək.

Bu barədə Trend-ə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini Telman Əliyev məlumat verib. O qeyd edib ki, bu CEO Lunch Baku Azərbaycan-Amerika münasibətlərinə həsr olunub. CEO Lunch Baku-da iştirak üçün rəsmi dəvət də SOCAR-ın prezidenti Rövnəq Abdullayevə göndərilib.

T.Əliyev vurğulayıb ki, ABŞ Azərbaycanın strateji partnyorudur və ölkəmizin həyata keçirdiyi beynəlxalq səviyyəli layihələri dəstəkləyi:. “Bu gün Amerika şirkətlərinin əksəriyyəti Xəzər-Qara dəniz regionu ölkələrinin ərazisində uğurla fəaliyyət göstərir. Bundan əlavə, ikitərəfli biznes əlaqələrinin inkişafında, əməkdaşlığın qurulmasında və birgə layihələrin həyata keçirilməsində böyük maraq var. Biz bundan çox məmnunuq. Ümid edirik ki, gələcəkdə əməkdaşlığımız öz bəhrəsini və Xəzər-Qara dəniz regionu ölkələrinin ABŞ ilə ticari-iqtisadi münasibətlərinə öz töhfəsini verəcəkdir”.

Caspian American Club-un ötən ilin dekabrında yaradıldığını xatırladan T.Əliyev Caspian American Club-un fəaliyyətinə və 2018-ci il iyunun 4-də keçiriləcək Caspian American Forum Baku-ya göstərilən diqqət və qayğıya görə ABŞ Səfirliyinə öz minnətdarlığını bildirib.

Caspian European Club və Caspian American Club-un Sədri Azərbaycan Prezidenti İlham Əliyevdir.

“Maraqlıdır ki, Azərbaycan-Amerika münasibətlərinə həsr olunmuş CEO Lunch Baku Caspian American Cub-un yaranmasının ildönümündə təşkil olunur”, - deyə Telman Əliyev söyləyib.

Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və özəl sektoru arasında dialqoun qurulmasında mühüm vasitələrdən olan CEO Lunch həmçinin qeyri-rəsmi şəraitdə yeni işgüzar əlaqələrin yaradılması və nizamlanması üçün əlavə imkanlar yaradır.

CEO Lunch-da sahibkarların üzləşdikləri problemlər müzakirə olunur, regionda fəaliyyət göstərən şirkətləri maraqlandıran məsələlərə toxunulur. CEO Lunch həmçinin iqtisadi əlaqələrin genişləndirilməsi təklifinin müzakirə edilə biləcəyi platforma rolunu oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti