...

Naxçıvan Azərbaycanın iqtisadi rayonları arasında investisiya reytinqinin lideri olub

İqtisadiyyat Materials 27 Dekabr 2017 19:51 (UTC +04:00)
Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqi hazırlanıb.
Naxçıvan Azərbaycanın iqtisadi rayonları arasında investisiya reytinqinin lideri olub

Bakı. Trend:

Caspian Energy International Media Group iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqini hazırlayıb.

Trend-in məlumatına görə, bu barədə Caspian European Club-un sədrinin birinci müavini Telman Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycan regionlarının investisiya reytinqinin lideri ən yüksək ümumi bal toplamış Naxçıvan Muxtar Respublikası olub. Sözügedən reytinq Caspian Energy jurnalının yekun nömrəsində dərc olunacaq:

“Reytinqin əsas rəqəmləri göstərir ki, ölkənin regionlarının 2017-ci ilin üç rübü ərzindəki iqtisadi inkişaf nəticələrinin ötən illə müqayisədə əsas fərqləndirici cəhəti regionların qeyri-bərabər sosial-iqtisadi inkişafıdır”.

O vurğulayıb ki, Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin səfirləri Caspian Energy jurnalına müsahibələri zamanı Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafını xüsusilə qeyd edib, Naxçıvan rəhbərliyinin alternativ və bərpa olunan enerji mənbələrinə, həmçinin innovasiya texnologiyalarının tətbiqinə və turizmin inkişafına göstərdiyi diqqətə valeh olduqlarını bildiriblər.

Naxçıvanda istehsal olunan məhsulların müxtəlifliyi və yüksək keyfiyyəti, həmçinin Muxtar Respublikanın hakim dairələrinin yerli iqtisadiyyatın inkişafı və regional məhsul çeşidlərinin diversifikasiyası üçün göstərdikləri səylər səfirlərdə yüksək təəssürat oyadıb. Onlar sənaye məhsullarının çeşidlərinin davamlı artırılması prosesinin Azərbaycanın digər regionlarında da getdiyindən əminliklərini ifadə ediblər.

18 parametr üzrə sıralanan regionlar altı qrupa bölünüb: sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı.

T.Əliyev əlavə edib ki, 2017-ci ilin investisiya reytinqi ilə yanaşı, jurnalda həmin regionlarda fəal şəkildə işləyən müəssisə rəhbərlərinin məqalələri və müsahibələri də dərc olunacaq.

O bildirib ki, jurnalın qeyd olunan nömrəsində çap olunmuş məqalə və müsahibələrin hər biri Azərbaycanın regionlarının inkişafına uzunmüddətli investisiyaların cəlbi üçün əlavə təkan verə, potensial partnyorların, həmçinin Azərbaycanda istehsal olunan məhsul və xidmət istehlakçılarının axtarışına kömək edə biləcək.

“Həmçinin xatırlatmaq istəyirəm ki, bu ilin əvvəlində Azərbaycanın bütün şəhər və rayonları üzrə geniş investisiya reytinqini http://caspianenergy.net/ru portalında ayrıca dərc edəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti