...

“Cənub Qaz Dəhlizi” Azərbaycanın dünyada enerji ehtiyatlarının tədarükçüsü kimi rolunu gücləndirəcək

İqtisadiyyat Materials 20 Mart 2018 13:43 (UTC +04:00)
“Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması Azərbaycanın sosial-iqtisadi inkişafına töhfə verəcək və enerji ehtiyatlarının tədarükçüsü qismində rolunu gücləndirəcək
“Cənub Qaz Dəhlizi” Azərbaycanın dünyada enerji ehtiyatlarının tədarükçüsü kimi rolunu gücləndirəcək

Bakı. İlkin Şəfiyev - Trend:

“Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması Azərbaycanın sosial-iqtisadi inkişafına töhfə verəcək və enerji ehtiyatlarının tədarükçüsü qismində ölkənin rolunu gücləndirəcək.

Bunu Trend-ə Azərbaycanda Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov deyib.

S.Bağırovun sözlərinə görə, layihənin Azərbaycan üçün əhəmiyyəti ilk növbədə qaz satışından gözlənilən gəlirlərdədir: “Yanacağın hasilatı və nəqli prosesi həmçinin ölkə vətəndaşlarının məşğulluğunun təmin olunması və iqtisadiyyatın real sektoruna, bank sisteminə və digər sahələrə müsbət effektlər baxımından vacibdir”.

İqtisadçı əlavə edib ki, layihə Azərbaycanın geosiyasi maraqları baxımından da əhəmiyyət daşıyır. Öz növbəsində, Gürcüstan və Türkiyə üçün də layihə tranzit gəlirlərinin və enerji təhlükəsizliyi səviyyəsinin artmasını ifadə edir.

Cənubi Avropa ölkələrinə gəldikdə isə, S.Bağırov vurğulayıb ki, onlar enerji ehtiyatlarının idxalının diversifikasiyasını, bununla da enerji təhlükəsizliyini təmin edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti