...

EY sahibkarlar üçün iki təlim sessiyası təşkil edib (FOTO)

İqtisadiyyat Materials 16 May 2018 11:08 (UTC +04:00)

Bakı. Trend:

10-11 may 2018-ci il tarixlərində Sahibkarlar Təşkilatları Milli Konfederasiyası (ASK) EY ilə əməkdaşlıq çərçivəsində sahibkarlar üçün iki təlim sessiyasını təşkil edib.

Trend-in məlumatına görə, sessiya bu mövzularda - “2017-2018-ci illərdə yeni vergi qaydaları tətbiq edildikdən sonra vergi ödəyicilərinin qarşısında duran çətinliklər: Azərbaycanda ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələrin tətbiqinin praktiki aspektləri” və “Biznesin və aktivlərin qiymətləndirilməsi” təşkil olunub.

Təlimi EY şirkətinin vergilər üzrə baş meneceri Ülvi Yusifov və EY şirkətinin əməliyyatlar üzrə məsləhət xidmətləri bölməsinin baş eksperti Cahangir Səfərov keçiriblər.

Təlimin ilk günündə təqdimat və müzakirələr vergi müqavilələri, onların strukturu və tətbiqinin praktiki aspektlərini əhatə edib. Əlavə olaraq, son zamanlar baş vermiş hallara istinad etməklə təlim iştirakçılarını maraqlandıran məsələlər ətraflı müzakirə olunub.

Təlim sessiyasının “Biznesin və aktivlərin qiymətləndirilməsi” mövzusuna həsr olunmuş ikinci günü Cahangir Səfərov biznesin qiymətləndirilməsi metodları və yanaşmalarından danışdı və bazar, aktiv və gəlir əsasında yanaşmalar haqqında təfərrüatı ilə məlumat verib.

Ülvi Yusifov şərh edib: “İştirakçıların marağı, müsbət rəyləri və ASK-nin peşəkar yanaşması nəzərindən keçirdiyimiz təlim uğurlu oldu. Ümid edirəm ki, EY Azərbaycan və ASK arasında bu əməkdaşlıq uzunmüddətli və məhsuldar olacaq.”

EY Azərbaycan ASK ilə əməkdaşlıqdan məmnun qalıb və bütün iştirakçılara fəal iştiraka görə təşəkkürünü bildirmək istəyir.

ASK Azərbaycanda biznes mühitinin gücləndirilməsi üçün sosial məqsədlərə yönəlmiş qeyri-kommersiya, özünü idarə edən bir ictimai birlikdir. Təşkilat könüllü əsasla hüquqi və fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirən müəssisələrin fəaliyyət növü və hüquqi quruluşundan asılı olmayaraq (dövlət tərəfindən maliyyələşdirilən təşkilatlar istisna olmaqla) fəaliyyətini əlaqələndirir, onlara ölkədə və xaricdə yeni tərəfdaşlar tapmağa kömək edir, hüquqi və iqtisadi hüquqlarını müdafiə edir və sağlam biznes mühitini gücləndirir.

EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.

EY bütün MDB-də fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edir və biznes məqsədlərinə çatmaqda onlara kömək edir. MDB-də (Bakı, Moskva, Sankt-Peterburq, Novosibirsk, Kazan, Krasnodar, Rostov-na-Donu, Tolyatti, Vladivostok, Almatı, Astana, Bişkək, Kiyev, Daşkənd, Tbilisi, Minsk və digər yerlərdə) yerləşən 20 ofisdə 4,500 peşəkar çalışır.

EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyətli üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY 24 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hal-hazırda Bakı ofisimizdə Azərbaycandakı müştərilərimizə xidmət göstərən 200-dən çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti