...

"A-Qroup"dan xaricdə müalicə

İqtisadiyyat Materials 18 May 2018 15:20 (UTC +04:00)
A-Qroup sığorta şirkəti öz sığorta xidmətlərini yalnız Azərbaycanın ən yaxşı klinikalarında deyil, eləcə də onun hüdudları xaricindəki ən qabaqcıl tibb müəssisələrində təqdim edir.
"A-Qroup"dan xaricdə müalicə

Bakı. Trend:

A-Qroup sığorta şirkəti öz sığorta xidmətlərini yalnız Azərbaycanın ən yaxşı klinikalarında deyil, eləcə də onun hüdudları xaricindəki ən qabaqcıl tibb müəssisələrində təqdim edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, təkcə 2018-ci ilin ilk 4 ayı ərzində A-Qroup sığorta şirkəti 13 nəfər sığortalının xaricdə müalicəsini təşkil edib və müalicə xərclərini ödəyib.

Sığorta ödənişləri cərrahi müdaxilələr, tibbi müayinələr, həmçinin onkoloji xəstəliklərin müalicəsinə görə verilib.

Sığortalılar Türkiyə, Almaniya, Rusiya, İsrail, Ukrayna, Belorusiya və İranın ən yaxşı klinikalarında müayinə olunmuş və müalicə alıblar.

Onlardan bəziləri üçün müalicənin növbəti ayları hələ qabaqdadır. A-Qroup həmin sığortalıların hər birinin tezliklə sağalmasını arzu edir və inanır ki, hər şey müsbət sonluqla yekunlaşacaq!

A-Qroup 22 ildən artıqdır ki, öz müştərilərini sevən, onların hər birinin qayğısına qalan və onlara dünya standartlarına uyğun yüksək keyfiyyətli xidmət göstərən şirkət olaraq qalmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti