...

Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyində “Caspian European Club”un idarə heyətinin üzvləri ilə görüş keçirilib (FOTO)

İqtisadiyyat Materials 11 İyun 2018 12:32 (UTC +04:00)
Azərbaycanın Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyində “Caspian European Club”un idarə heyətinin üzvləri ilə görüş keçirilib.
Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyində “Caspian European Club”un idarə heyətinin üzvləri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyində “Caspian European Club”un idarə heyətinin üzvləri ilə görüş keçirilib.

Trend xəbər verir ki, görüşdə Agentliyin icraçı direktoru Orxan Məmmədov “Caspian European Club”un idarə heyətinin üzvlərinə təmsil etdiyi qurumun qarşısına qoyulmuş vəzifələr, müəyyən edilmiş hədəflər haqqında ətraflı məlumat verib.

Bildirilib ki, Agentlik sahibkarları dəstəkləyən, onlara bir sıra xidmətlər göstərən, dövlət orqanlarının və təşkilatlarının bu sahədə göstərdikləri xidmətlərin bir məkanda – “Kiçik və Orta Sahibkarlıq Evləri”ndə təşkilini, əlaqələndirilməsini, qiymətləndirilməsini və tənzimlənməsini səlahiyyətli qurum kimi həyata keçirəcək.

Agentliyin icraçı derektoru qeyd edib ki, qurumun fəaliyyəti əsasən kiçik və orta sahibkarlığın yaradılması və inkişafının bütün mərhələlərində zəruri dəstək tədbirlərinin təşkilinə yönələcək.

“Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev isə təmsil etdiyi təşkilatın Agentliklə sıx əməkdaşlıqda maraqlı olduğunu bildirib və bu istiqamətdə birgə tədbirlərin təşkilinə dair təkliflər verib.

Daha sonra “Caspian European Club”un idarə heyətinin üzvləri ilə biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, qarşılıqlı təkliflər dinlənilib, gələcək birgə əməkdaşlığın həyata keçirilməsi üçün birgə işçi qurupunun yaradılmasına dair qərar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti