...

Komplayns üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib (FOTO)

İqtisadiyyat Materials 6 Avqust 2018 12:15 (UTC +04:00)
“PAŞA Bank” ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Komplayns üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib.
Komplayns üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib (FOTO)

Bakı. Trend:

Avqustun 2-də “PAŞA Bank” ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Komplayns üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Qrupun sədri Anar Kərimov və Qrupa üzv olan bankların nümayəndələri iştirak ediblər.

İclasda banklara dair tələblər və Qrupun daxili fəaliyyətinə dair məsələlər müzakirə olunub. Bank nümayəndələri öz təcrübələrini bölüşərək mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Sonda banklara dair müəyyən tələblərin aydınlaşdırılması istiqamətində müvafiq qurumlara rəsmi müraciətlərin edilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti