Bakı. Trend:
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi dünyanın 50 ölkəsindən 1500-dən artıq deleqatın iştirak edəcəyi 7-ci Beynəlxalq "Caspian Energy Forum Baku-2018"in təşkilinə rəsmi dəstək göstərir.
Bu barədə Trend-ə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov Caspian European Club-un idarə heyətinin üzvləri ilə görüş çərçivəsində bu forumun təşkilini yüksək qiymətləndirərək tədbirdə iştirak edəcəyini qeyd edib.
Gömrük Komitəsi dünyanın 50 ölkəsindən 1500-dən çox deleqatın qatılacağı 7-ci Beynəlxalq “Caspian Energy Forum Baku-2018”in təşkilinə rəsmi dəstək göstərir.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Capian European Club-un idarə heyətinin üzvləri ilə ikitərəfli görüş çərçivəsində bu forumun təşkilini yüksək qiymətləndirərək tədbirdə iştirak edəcəyini bildirib.
Qeyd edək ki, “Caspian Energy Forum Baku-2018” sentyabrın 20-də Azərbaycan hökumətinin və Caspian European Club-un dəstəyilə keçiriləcək.
“Caspian Energy Forum Baku-2018”in deleqatları sırasında Azərbaycan Hökumətinin üzvləri, Avropa, Asiya və Amerika ölkələrinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, həmçinin ərəb dünyası ölkələri şirkətlərinin nümayəndələri də yer alıblar.
Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində ildə bir neçə dəfə keçirilən “Caspian Energy Forum” biznes-hökumət dialoqunun fəallaşması, neft və qeyri-neft sektoru şirkətləri arasında sıx əlaqələrin yaranması, transmilli şirkətlərlə kiçik və orta biznes nümayəndələrinin görüşlərinin təşkili, həmçinin qlobal biznes əməkdaşlığında maraqlı olan investor, ekspert və analitiklər üçün münbit şərait yaradan ənənəvi meydandır.