VTB Qrupu çərçivəsində beynəlxalq hesablaşmalar üzrə tariflər kifayət qədər aşağıdır

VTB Qrupu çərçivəsində beynəlxalq hesablaşmalar üzrə tariflər kifayət qədər aşağıdır

Bakı. Trend:

Trend Bank VTB (Azərbaycan) ASC-nin Korporativ biznesin inkişafı departamentinin direktoru Yasin Cəlilovun We&WorldEconomics jurnalına müsahibəsini təqdim edir:

- 2019-cu ildə Bank VTB (Azərbaycan) ASC-nin 10 yaşı tamam olacaq. Necə düşünürsünüz, bank qarşısına qoyduğu əsas hədəfə, yəni Azərbaycanda və Rusiyada fəaliyyət göstərən iş adamlarının tərəfdaşı olmağı bacardımı?

- 2009-cu ildə biz yerli bazara daxil olarkən Azərbaycanla Rusiya, o cümlədən MDB məkanın digər ölkələri və Gürcüstanın işgüzar dairələri arasında özünəməxsus körpü olmağı qarşımıza əsas məqsəd kimi qoymuşduq. Biz iqtisadiyyatın real sektoru ilə əməkdaşlığa və azərbaycanlı iş adamlarının xarici bazarlara çıxışını dəstəkləməyə kökləndik.

Cari ilin əvvəlindən bizim hüquqi şəxslər üzrə müştəri bazamız 25% artdı və hazırda 1425 nəfərə çatıb ki, bunlardan 60%-i Rusiya ilə dövriyyəsi olan transsərhəd şirkətlərdir. Onlardan bəziləri Rusiya kapitalına malikdir. Hazırda Azərbaycanla Rusiya arasında əlaqələr bütün sahələr üzrə inkişaf edir. Rəsmi məlumata əsasən, 2018-ci ilin birinci yarısında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 15%-dən çox artaraq təxminən 1,5 mlrd. ABŞ dollarına çatıb. Mənim fikrimcə, ticarət dövriyyəsinin həcmi artmağa davam edəcək və iki ölkənin biznesi arasında "maliyyə körpüsü" rolunu oynayan bankımız gələcəkdə dövriyyələrin və müştərilərimizin sayının stabil artımını proqnozlaşdırır.

Biz milli valyutalarda hesablaşmalara keçid imkanlarına da önəmli yer ayırırıq. Belə ki, bankımız milli valyutada hesablaşmaları və maliyyələşməni nəzərdə tutan xüsusi məhsullar təklif edir.

- Bank VTB (Azərbaycan) ilə əməkdaşlıq edən iş adamları hansı üstünlükləri əldə edirlər?

- Xaricdə işgüzar əlaqələr quran azərbaycanlı iş adamlarının və biznes strukturlarının sayı durmadan artır. Əksər hallarda söhbət ticarətdən, bəzən xidmət və ya istehsaldan gedir ki, bu da mütəmadi olaraq müxtəlif bank əməliyyatlarının aparılmasını zəruri edir. Beləliklə, Azərbaycan şirkətləri üçün həm ölkə daxilində, həm də xaricdə keyfiyyətli və zəmanətli bank məhsullarının vacibliyini ön plana çıxır.

Təcrübə göstərir ki, belə olan hallarda ən yaxşı seçim Bank VTB (Azərbaycan) kimi beynəlxalq şəbəkəyə malik olan bankların xidmətindən yararlanmaqdır.

Əsas üstünlük ondan ibarətdir ki, müştərilər eyni bankın xarici nümayəndəliklərinin xidmətlərindən istifadə edə bilsin. Bu, bir çox prosesləri sürətləndirir və sadələşdirir, eyni zamanda qənaət etməyə imkan verir. Buna misal olaraq qeyd edim ki, VTB Qrupu çərçivəsində beynəlxalq hesablaşmalar üzrə tariflər kifayət qədər aşağıdır.

- Gələcəkdə VTB Bank (Azərbaycan) korporativ bankçılığa fokuslanmış strategiyaya sadiq qalacaqmı?

- Bizim üçün Azərbaycanda fəaliyyət göstərən, xaricdə tərəfdaş axtaran və yeni bazarlara çıxış imkanlarını nəzərdən keçirən müəssisələrin dəstəklənməsi, maliyyələşdirilməsi və kreditləşdirilməsi əsas prioritet olaraq qalır. Məqsədimiz Azərbaycanın işgüzar dairələrinin sənədli və tranzaksiya biznesinin artımını nəzərdə tutan xarici ticarət əməliyyatları üzrə əsas hesablaşma bankına çevrilməkdir. Bu, bizim mövcud strategiyamızın əsas hissəsidir və biz bunu gələcəkdə də qorumağa çalışacağıq.

Bununla yanaşı, biz pərakəndə bizneslə də işləməyə davam edəcəyik. Qeyd edim ki, fiziki şəxslərə də korporativ kanallar üzərindən - əməkhaqqı layihəsi çərçivəsində xidmət oluna bilər.

- Biznes mühiti nöqteyi-nəzərdən 2018-ci ili necə dəyərləndirirsiniz?

- Dünya Bankı tərəfindən təqdim olunan Doing Business-2019 hesabatına əsasən, Azərbaycan 57-ci yerdən 25-ci pilləyə qalxıb ki, buna səbəb sahibkarlıq subyektlərinin fəaliyyətini asanlaşdıran və ölkədə işgüzar mühitin yaxşılaşdırılmasına hesablanan 60-dan çox islahatın aparılmasıdır.

Bu islahatlar sahibkarlarlığın və ümumilikdə ölkə iqtisadiyyatının inkişafına olduqca müsbət təsir edir və yerli istehsalın stimullaşdırılmasına, ixrac potensialının artırılmasına hədəflənib. Biz hər il yerli şirkətlərin sayının artdığını və iqtisadiyyatın stabil inkişaf etməsinin şahidi oluruq.

- Bankın 2019-ci il üzrə əsas hədəfləri hansılardır?

- 2019-cu ildə biz korporativ bizneslə, xüsusilə yeni məhsul və xidmətlərin yaradılması və təklif olunması üzərində işləməyə davam edəcəyik. Bu yaxınlarda Bank VTB (Azərbaycan) beynəlxalq faktorinq xidmətini işə salacaq ki, bu da xarici bazarlara məhsul ixrac edən yerli sahibkarların imkanlarını genişləndirəcək. Bu xidməti Azərbaycan üçün unikal saymaq olar. Belə ki, xidmətin yaradılmasında VTB Qrupa daxil olan "VTB Faktorinq" şirkəti də iştirak edir. Bu xidmət çərçivəsində biz debitor borcun maliyyələşdirilməsini öz üzərimizə götürürük, zamin qismində isə "VTB Faktorinq" çıxış edir, üstəlik, şirkətin biznes-analizini də məhz o aparır.

Bu məhsulun tanıdılması üçün biz AZPROMO, Azərbaycan İxracatçılar Klub kimi təşkilatlarla, habelə mövcud müştərilərimizlə işləyirik. Bundan başqa, biz istehsal və nəticədə Rusiya Federasiyasına ixrac etdiyi məhsulun həcmini artırmaq istəyən şirkətlərə Bank VTB (Azərbaycan)-a müraciət etməyə və faktorinq çərçivəsində zəruri maliyyələşmənin əldə olunmasını təklif edirik.

Kiçik və orta biznes üçün biz "Kassa-hesablaşma xidməti paketi" məhsulunu hazırlayırıq. Paketə daxil olan xidmət və əməliyyatlar müəyyən həcmdə və müəyyən olunmuş tariflər üzrə təklif olunacaq. Məhsul elə formalaşıb ki, müştəri keyfiyyətli bank xidməti ilə təmin olunur, eyni zamanda kassa-hesablaşma xidmətlərinə çəkilən xərcləri optimallaşdırır.

Bundan başqa, biz kiçik və orta biznes üçün overdraft xidmətini təklif edirik. Həmçinin, bank xidmətlərin rəqəmsallaşdırılmasına da böyük diqqət ayırmaq niyyətindədir: mobil tətbiqimiz təkmilləşdiriləcək, internet bankçılıq xidmətimiz yeni funksiyalar əlavə edildikdən sonra daha rahat və cəlbedici olacaq.

- Sizcə biznesin hansı istiqamətləri hazırda daha perspektivlidir?

- Hazırda Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafına hədəflənib. İqtisadiyyatı diversifikasiya edərək hökumət ənənəvi neft sektorundan əldə olunan gəlirləri digər prioritet istiqamətlərin inkişafına yönəldir. Bu, ilk növbədə kiçik və orta sahibkarlıq sahələrinin inkişafına impuls verməlidir. Öz növbəsində Bank VTB (Azərbaycan) bu sahənin müxtəlif seqmentlərində reallaşdırılan layihələrə dəstək verməyə hazırdır. Söhbət aydın və şəffaf inkişaf strategiyasına, zəruri təminata və savadlı idarəetməyə malik olan tikinti, kənd təsərrüfatı, nəqliyyat, qida, sənaye sahələrindən gedir. Sahibkarlar hər zaman bizim dəstəyimizə arxalana bilərlər.

- Azərbaycan bazarı üçün nəzərdə tutulan məhsulların hazırlanmasında VTB-nin beynəlxalq təcrübəsindən istifadə edirsinizmi?

- Sözsüz ki, bizə baş ofisimizin və VTB Qrupa daxil olan digər bazarlarda uğurla fəaliyyət göstərən bankların təcrübəsi çox kömək edir. Qrupun bütün uğurlu təcrübələrini yerli bazara uyğunlaşdıraraq müştərilərimizə təklif edə bilərik.

Bununla yanaşı, geniş beynəlxalq şəbəkəmiz hesabına biz müştərilərimizə MDB, Avropa, Asiya və Afrika ölkələrində güzəştli və kompleks xidmətlər də təklif edə bilərik.

"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə  açıq müsabiqə elan edir
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Loading Bars
Xəbər lenti
ABŞ-ın nüfuzlu jurnalında QHT-lərin Ermənistan sevgisini ifşa edən məqalə dərc edilib
Tehranda zəlzələ olub
17 Azərbaycan vətəndaşı Hindistandan ölkəyə gətirilir - XİN
Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib
Şəffaf arakəsmələri olmayan taksilərin şəhərlərarası sərnişin daşımasına icazə verilmir - RƏSMİ (FOTO)
Bakının mərkəzində yola qoyulan masa ərazidən götürülüb (FOTO)
Moldovanın dövlət başçısı Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
Sabah Bakıda 29 dərəcə isti olacaq
Ötən gün 26 cinayətin üstü “isti izlər”lə açılıb
Azərbaycan nefti bahalaşıb
İordaniyanın Kralı Prezident İlham Əliyevi təbrik edib
Gürcüstanda restoranlar və ticarət mərkəzləri açılır
“Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri” konsepsiyası təqdim edilib
Azərbaycandan İrana 19 məhbus ekstradisiya olunub
Ekspert: Amerika şirkətləri öz qərarlarını rəsmi ABŞ hökuməti ilə koordinasiya etmirlər
Lənkəranda zəlzələ olub
Bakıda qəza yolda tıxaca səbəb oldu (FOTO)
Stanislav Tkaçenko: Alternativ enerji Azərbaycanda fermerlər və kiçik biznes üçün böyük imkanlar açacaq
Norveç arxeoloqları 1 700 yaşlı stolüstü oyun tapıb
Estoniyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Bakıda mənzildən qadın meyiti tapıldı
ADA Universiteti Almaniyanın Halle-Vittenberq Universiteti ilə birgə Hüquq üzrə doktorantura səviyyəsinə sənəd qəbulu elan edir
Ermənistanda koronavirusa yoluxanların sayı 7 774 nəfərə çatıb
Şəkidə 1 tona yaxın yaxın çətənə kolu məhv edilib
Adil Əliyev: Ermənistanın Azərbaycana qarşı Avropa Məhkəməsi ilə bağlı nə isə tələb irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur
Masallıda “Azərişıq” ASC-nin əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi başlanıldı
Emin Hacıyev: Regionların inkişafı Şamaxının timsalında yeni mərhələyə keçir
Bu ərazilərdə su olmayacaq
Tailandda radiostansiyada atışma - Ölənlər var
İpək Yolu Kuboku: Abasovla Cobava liderliyə yüksəldi
Kapital Bank POS terminal komissiyalarına endirim etdi
Avropa Məhkəməsinin Ramil Səfərovun işi ilə bağlı qərarı Azərbaycanın üzərinə heç bir beynəlxalq hüquqi öhdəlik qoymur - Çingiz Əsgərov
Şəki sakinindən narkotik vasitə götürüldü
Türkiyədə ölkədaxili dəmiryolu nəqliyyatı bərpa olunur
Azərbaycanda koronavirusun sərnişin daşımalarına təsirləri açıqlanıb
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
Könül Nurullayeva: Sosial layihələrin icrası və regionların sosial-iqtisadi inkişafı pandemiya dövründə də davam etdirilir
Almaniyada sosial təmaslara qoyulan məhdudiyyətləri yüngülləşdirməyə qərar verilib
Qazaxıstanda daha 335 nəfər koronavirusa yoluxub
Azərbaycanın METAK şirkəti yeni bazarlara çıxmağı planlaşdırır
ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü bəyan edildi
Materik Çində sutkada bir yoluxma faktı qeydə alınıb
Türkiyə sahillərində zəlzələ baş verib
Zaqatalada yanğın olub
Dünyada sutka ərzində koronavirusa yoluxanların sayı 100 mindən az artıb
Torontoda atışma olub: 3 nəfər yaralanıb
Moskvada sutkada 73 nəfər koronavirusdan ölüb
Astara rayonunda top mərmisi tapılıb
Ermənistan koronavirus epidemiyasının ikinci dalğasını yaşayır
Bakıda evdən kişi meyiti tapılıb
Daha 24 nəfər Bakıdan Qazaxıstana gəmi ilə yola salınıb
Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdədir
Türkiyədə son sutkada koronavirusdan 1 492 nəfər sağalıb
Ermənilərin böyük yalanları (VİDEO)
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Könüllülər koronavirusla bağlı daha bir maraqlı aksiya keçiriblər (FOTO)
Azərbaycan Xalq Cümhuriyyəti qurucularının varisləri xalqımızı "Respublika günü" münasibətilə təbrik edib (VİDEO)
Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevi təbrik edib
MDB ölkələrinin Baş nazirləri koronavirusa qarşı mübarizə tədbirlərini müzakirə edəcəklər
Ombudsmanın Gəncə Regional Mərkəzi növbəti onlayn hüquqi maarifləndirmə tədbiri keçirib
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxdu, 78 nəfər sağaldı, 1 nəfər öldü
Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
Stiven Monroz "Neftçi"dən gedə bilər
Heydər Əliyev Fondu artıq bir xeyirxahlıq ünvanı, ümid və inam ocağı kimi haqlı şöhrət qazanıb - Qənirə Paşayeva
Abşeron sakini qaçırdığı avtomobillə birgə saxlanıldı
ADU-nun Konfutsi İnstitutu həkimlərə dəstək layihəsi keçirir
Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66 faiz artıb
Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi dünyasını dəyişib
Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib
Binəqədidə əl qumbarası tapılıb (FOTO)
ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub (FOTO)
Ombudsmanın Quba Regional Mərkəzi videokonfrans vasitəsilə maarifləndirici tədbir keçirib
Milli Məclis deputatların maaşı ilə bağlı məsələyə aydınlıq gətirdi
Dağlıq Qarabağda keçirilmiş saxta "seçkilər"lə bağlı BMT-nin Baş katibinə məktub ünvanlanıb
Beynəlxalq Muğam Mərkəzindən “Muğam ustadları” layihəsi unudulmaz pedaqoq Nəriman Əliyevə həsr olunub
Hava dəyişkənliyi necə baş verir? - Umayra Tağıyeva açıqladı
"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib
Rusiya nəşri Paşinyanın hitlerçi babası ilə bağlı qalmaqaldan yazıb
Çimərlik və su istirahət mərkəzlərinin fəaliyyətinə qoyulan YENİ TƏLƏBLƏR açıqlanıb
Qəbələ sakinindən silah götürülüb
AKƏM tərəfindən keçirilən aksiyalarda AFFA-nın 200 könüllüsü aktiv şəkildə iştirak edib (FOTO)
İranda koronavirusa yoluxanların sayı 140 minə çatıb
Vikipediyada Əbdürrəhim bəy Haqverdiyev haqqında özbək dilində bölmə yaradılıb (FOTO)
Gəncədə avtomobil kanalizasiya quyusuna düşüb, ölən var
“The Jerusalem Post” Azərbaycan müxalifətindəki gey qalmaqalından yazdı
BNA və Baş Polis İdarəsi birgə əhalini maarifləndirmə tədbirlərinə başlayıb (FOTO)
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Sabah 32 dərəcə isti olacaq
Afət Həsənova: Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara riayət etmək mütləqdir
DYP 5 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı
Çin Marsa ilk missiyasını göndərməyi planlaşdırır
Mingəçevir Dövlət Universitetində sığorta mövzusunda təlim keçirilib (FOTO)
Rusiyada ötən gün 9 minə yaxın koronavirusa yoluxma qeydə alınıb
Rabitəbank Ramazan bayramında aztəmaninatlı tənha yaşayan ahılları sevindirdi
Bərdədə istifadəyə yararsız ət aşkar edilib
Xarici və yerli mütəxəssislər dünyada və Azərbaycanda Qonaqpərvərlik sektorunun COVID-19-dan sonra bərpasını müzakirə etdilər (FOTO)
"Performance Center" şirkəti ölkəyə daha 2 beynəlxalq avtomobil markasını gətirir! (VİDEO)
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən AÇIQLAMA
ÜST malyariya dərmanının koronavirusa qarşı vasitə kimi sınaqlarını dayandırıb
Gəncədə törədilən qətllə bağlı cinayət işi başlanılıb
Bütün xəbərlər