...

2018-ci ildə Azərbaycanda nəqliyyatçılar 2 milyarddan çox sərnişin daşıyıb

İqtisadiyyat Materials 23 Yanvar 2019 14:22 (UTC +04:00)
2018-ci ildə Azərbaycanda nəqliyyatçılar 2 milyard 2,8 milyon nəfərə və ya 2017-ci illə müqayisədə 1,5 faiz çox sərnişinə xidmət göstəriblər.
2018-ci ildə Azərbaycanda nəqliyyatçılar 2 milyarddan çox sərnişin daşıyıb

Bakı. Elçin Mehdiyev - Trend:

2018-ci ildə Azərbaycanda nəqliyyatçılar 2 milyard 2,8 milyon nəfərə və ya 2017-ci illə müqayisədə 1,5 faiz çox sərnişinə xidmət göstəriblər.

Trend-in məlumatına görə, sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2018-ci ildə 13,7 milyon ton yük, 2 milyon 785,4 min sərnişin daşınıb, 2017-ci illə müqayisədə yük daşınmasında 5,7 faiz azalma, sərnişin daşınmasında isə 11,8 faiz artım müşahidə olunub.

Dəniz nəqliyyatı ilə 2018-ci ildə daşınmış yüklərin həcmi 8 milyon 236,1 min ton təşkil edib və əvvəlki ilə nisbətən 1,3 faiz azalıb. 2018-ci il ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2017-ci ilə nisbətən 8,2 faiz azalaraq 15,7 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 149,3 milyon ton yük, 1 milyard 766,6 milyon sərnişin daşınıb və əvvəlki illə müqayisədə müvafiq olaraq 3,1 faiz və 1,5 faiz artım qeydə alınıb. Sərnişinlərin 96,1 faizi avtobus, 3,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 0,9 faiz artaraq 231,0 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 2 milyon 399,1 min və ya əvvəlki ilə nisbətən 1,7 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 17,4 faiz artaraq 203,1 min tona çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti