Bakı. Trend:
Fevralın 1-dən etibarən biznes subyektləri tərəfindən qısa idxal bəyannaməsinin təqdim olunması öhdəliyi ilə bağlı Gömrük Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə minib.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sahibkarların işini daha da asanlaşdırmaq üçün gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin təqdim edilməsi ilə bağlı maarifləndirici videoçarx hazırlayıb.
Daha ətraflı məlumat videoçarxda.