...

A-Qroup sığorta haqları yığımında artım nümayiş etdirdi

İqtisadiyyat Materials 25 Fevral 2019 14:12 (UTC +04:00)
23 ildən artıq Azərbaycan sığorta bazarında uğurlu fəaliyyət göstərən A-Qroup sığorta şirkəti 2018-ci ilin nəticələrini açıqlayıb.
A-Qroup sığorta haqları yığımında artım nümayiş etdirdi

Bakı. Trend:

23 ildən artıq Azərbaycan sığorta bazarında uğurlu fəaliyyət göstərən A-Qroup sığorta şirkəti 2018-ci ilin nəticələrini açıqlayıb.

Keçən ilin maliyyə hesabatına görə sığorta haqlarının həcmi 13 169 698.20 AZN təşkil edərək 2017-ci ilin göstəricilərdən artıq olub.

Həmişə olduğu kimi daxil olmaların böyük hissəsi Könüllü Tibbi Sığorta üzrə olub.

KASKO üzrə sığorta haqları 2,5 dəfə artıb.

2018-ci ildə sığorta ödənişlərinin məbləği 8 064 435,77 AZN təşkil edib. Siğortallıların gündəlik sığorta ödənişi məbləği 22 000 AZN təşkil edib.

2018-ci ildə A-Qroup korporativ müqavilələrin sayını 30% artırıb.

Hesabat dövrünün nəticələri şirkətin sabit müsbət dinamikasını nümayiş etdirir və A-Qroup 23 ildən artıq sığorta bazarında müvəffəqiyyətlə fəaliyyət göstərir, müştərilərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir və sığorta ödənişlərinin həyata keçirilməsi müddətinin azaldılması, zərərlərin tənzimlənməsi prosessinin effektivliyinin artırılması üçün daim çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti