...

AZAL Gəncə-Naxçıvan reysini bərpa edə bilər

İqtisadiyyat Materials 7 Mart 2019 12:36 (UTC +04:00)
2019-cu ilin ikinci rübündə Gəncə-Naxçıvan-Gəncə aviareysinin açılması planlaşdırılır
AZAL Gəncə-Naxçıvan reysini bərpa edə bilər

Bakı. Azad Həsənli - Trend:

2019-cu ilin ikinci rübündə Gəncə-Naxçıvan-Gəncə aviareysinin açılması planlaşdırılır.

Trend bu barədə Nazirlər Kabinetinin 2018-ci ilin yekunları ilə bağlı hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, “AZAL” QSC-nin həmin reysi həyata keçirmək üçün texniki imkanları mövcuddur:

“Hazırda bu aviareysin iqtisadi cəlbediciliyini artırmaq və əlavə itkilərin qarşısının alınması üçün işlər aparılır”.

Qeyd edək ki, Gəncə-Naxçıvan reysi dəfələrlə fəaliyyət göstərib və bağlanıb. Uçuşlar həftədə 4 dəfə keçirilib və müddəti 1,5 saata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti