Bakı. Xeyrəddin Nəsirzadə Trend:
2022-ci ilədək Azərbaycanda neft və qaz hasilatı 880 min barel/sutkaya çatacaq.
Trend-in məlumatına görə, bunu “Fitch Ratings” agentliyinin təbii ehtiyatlar və xammal üzrə baş direktoru Dmitri Marinçenko deyib.
Onun sözlərinə görə, hasilat 2028-ci ilədək 860-870 min barel/sutkayadək qismən azalacaq.
D.Marinçenko bildirib ki, ölkədə qaz hasilatı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi sayəsində artmağa başlayacaq. Hasilat artımı 2026-cı ilədək sabit səviyyədə qalacaq.