...

SOCAR və Petronas arasında tərəfdaşlıq məsələləri müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 29 Aprel 2019 16:15 (UTC +04:00)
SOCAR prezidenti “Petronas” şirkətinin prezidenti ilə görüşüb
SOCAR və Petronas arasında tərəfdaşlıq məsələləri müzakirə olunub (FOTO)

Bakı. Trend:

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Formula 1 SOCAR Azərbaycan Qran Prisi ilə əlaqədar ölkəmizdə səfərdə olan Malaziyanın “Petronas” şirkətinin prezidenti Tan Sri Van Zulkifli Van Ariffinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, R.Abdullayev qonaqları Mercedes-AMG Petronas Motorsport komandasının Formula 1 SOCAR Azərbaycan Qran Prisində uğur qazanması münasibəti ilə təbrik edib. “Petronas” şirkətinin rəhbərliyi Formula 1 SOCAR Azərbaycan Qran Prisinin hər il yüksək səviyyədə keçirildiyini qeyd edərək, minnətdarlığını bildiriblər.

Görüşdə SOCAR və Petronas arasında mövcud tərəfdaşlıq məsələləri müzakirə olunub, o cümlədən, “Şahdəniz” layihəsinin yüksək səviyyədə inkişaf etdirilməsi ilə bağlı qonaqlara məlumat verilib. Bildirilib ki, Şahdəniz yatağının işənməsinin ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin digər seqmentləri üzrə işlər tam sürətlə, bəzən hətta qrafiki qabaqlamaqla yerinə yetirilir. Şirkətlər arasında hasilat, satış və digər sahələrdə əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi görüşdə qeyd olunub ki, maraq doğuran müxtəlif sahələrdə tərəfdaşlıq imkanlarının dəqiqləşdirilməsi aparılacaq. Tan Sri Van Zulkifli Van Ariffin bu cür yüksək səviyyəli görüşlərin faydalı olduğunu bildirib, gələcəkdə Bakıda və Malaziyada növbəti görüşlərin keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Xatırladaq ki, Malayziyanın “Petronas” şirkəti “Şahdəniz” yatağının işlənməsi layihəsində 15,5%, Cənubi Qafqaz boru kəməri layihəsində 15,5%, həmçinin Azerbaijan Gas Supply Company şirkətində 12,4% pay sahibidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti