...

Sloveniya Azərbaycan şirkətlərinə Koper limanından istifadə etməyi təklif edib (ÖZƏL)

İqtisadiyyat Materials 1 May 2019 20:57 (UTC +04:00)
Sloveniya Azərbaycan şirkətlərinə Koper limanından istifadə etməyi təklif edib
Sloveniya Azərbaycan şirkətlərinə Koper limanından istifadə etməyi təklif edib (ÖZƏL)

Bakı. Ləman Zeynalova - Trend:

Sloveniya Azərbaycan şirkətlərinə Koper limanından istifadə etməyi təklif edib və əmindir ki, hər iki ölkənin limanları arasında əməkdaşlıq üçün imkanlar var.

Bunu Trend-ə Sloveniya Xarici İşlər Nazirliyindən deyiblər.

Məlumatda qeyd olunur ki, Koper limanı malların Avropa İttifaqı bazarlarına və əks istiqamətdə çatdırılması üçün əla marşrut təmin edir.

Nazirlikdən onu da bildiriblər ki, investisiyalar sahəsində əməkdaşlıq üçün imkanlar mövcuddur:

“Sloveniya Mərkəzi Bankının məlumatlarına əsasən, 2018-ci ildə ölkələr arasında birbaşa investisiyalar reallaşdırılmayıb. Sloveniya-Azərbaycan Dostluq Assosiasiyasından aldığımız məlumata görə, Azərbaycanın Sloveniyadan investisiyalara artan marağı var. Sloveniyanın işgüzar dairələri 2016-cı ilin martında Lyublyanada Sloveniya-Azərbaycan işgüzar şurasının yaradılmasını alqışlayıb. Şübhəsiz ki, bu sahədə əməkdaşlığın təkmilləşməsi üçün imkanlar mövcuddur”.

İki ölkə arasında birbaşa aviareyslərin açılması perspektivlərinə gəldikdə isə nazirlikdən bildiriblər ki, hazırda bu real deyil:

“Hesab edirik ki, Azərbaycanla Sloveniya arasında turist axınının artırılması üçün daha çox səy göstərmək lazımdır. Hazırda birbaşa reys açmaq real deyil, çünki turist sayı tələb olunan səviyyədə deyil”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti