...

Nazirlik yağıntıların kənd təsərrüfatına vurduğu ziyanı açıqlayıb

İqtisadiyyat Materials 27 May 2019 16:34 (UTC +04:00)
Yağıntılı hava şəraiti kənd təsərrüfatına ziyan vurmayıb.
Nazirlik yağıntıların kənd təsərrüfatına vurduğu ziyanı açıqlayıb

Bakı. Ayşəm Rüstəmova - Trend:

Bir neçə gündür ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti kənd təsərrüfatına ziyan vurmayıb.

Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib.

V.Hüseynov bildirib ki, nazirlik mütəxəssisləri yağıntılı hava şəraiti ilə əlaqədar rayonlarda təsərrüfatlara baxış keçirib:

"Yalnız Göygöl, Qusar, Yardımlı rayonlarında fərdi təsərrüfatlara qismən zərər dəydiyi müəyyənləşib. Amma bu zərər ümumi kənd təsərrüfatı sahəsini əhatə etmir. Təxminən dolu ilə əlaqədar 10 hektarlıq bir sahədə və 20 sotluq digər ərazidə taxıla ziyan dəyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti