Masazır Duz zavoduna mediatur keçirilib (FOTO)

Masazır Duz zavoduna mediatur keçirilib (FOTO)

Bakı. Trend:

KİV nümayəndələri "Azərduz", “Salute”, “Bizim Duz” markalarının istehsal edildiyi Masazır Duz Zavodunu ziyarət ediblər.

“Azərsun Holdinq”dən Trend-ə verilən məlumata görə, səfər zamanı jurnalistlərə zavodun fəaliyyəti, iş rejimi, istehsal sahələri və yodlaşdırılmış duzun keçdiyi prosedurlar ilə yaxından tanış olublar.

Müəssisə ilə tanışlıq zamanı zavodun müdiri Nəbi Zeynalzadə jurnalistlərə Masazır Duz Gölündən XIX əsrdən duz emal edildiyini bildirib. O, media mənsublarının suallarını cavablandırarkən 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması” haqqında qanunun imzalandığını söyləyib. 2008-ci ildə isə UNİCEF və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində əhali arasında yod çatışmazlığı səbəbindən yaranan xəstəliklərin geniş yayıldığı aşkar edilib və yodlaşdırılmış duzun istehsalını həyata keçirəcək müəssisəyə ehtiyacın olduğu barədə hesabat hazırlanıb. Və bu məsuliyyətli iş ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayan “Azərsun Holdinq”ə etibar edildi. Masazır Duz Zavodunun açılış mərasimi 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.

Daha sonra “Azərduz” markasının marketinq müdiri Lamiyə Bayramova jurnalistlərə zavodda əla növ xörək və ekstra növ süfrə duzlarının istehsal edildiyini bildirib. Duzun keyfiyyət göstəricilərinin yüksək olmasındandır ki, Ukrayna, Rusiya və Qazaxıstan kimi bütün dünyaya duz ixrac edən ölkələrə məhsul satışı həyata keçirilir. Ümumilikdə Masazır Duz Zavodunda istehsal edilən “Azərduz”, “Salute”, “Bizim Duz”, “Tablife” “Chveni Supra” markaları Gürcüstan, Rusiya və Qazaxıstana ixrac edilir.

Bu günlərdə isə istehsal müəssisəsinə Sankt Peterburq Böyük Sinaqoqası tərəfindən “Kosher” sertifikatı təqdim edilib. Masazır Duz Zavodunda yoxlama həyata keçirən yahudi icmasının məsul nümayəndəsi məhsulların ən yüksək keyfiyyət göstəricilərinə sahib olduğunu bildirib. Məsul nümayəndə zavodun illərdir “Kosher” sertifikaının tələblərinə uyğun fəaliyyət göstərdiyini qeyd edib.
İstehsal prosesi barədə məlumat verən istehsal sahə rəisi Ruslan Allahverdiyev xammalın göl suyundan alındığını və ən müasir texnika və avadanlıqlardan istifadə edildiyini söylədi. Jurnalistlərə bütün prosesi əyani şəkildə nümayiş etdirən mütəxəssis istehsal olunan ekstra növ duzların minimum 99.7 faiz natrium xloriddən ibarət olduğunu və bu göstəricinin bütün dünya üzrə çox yüksək olduğunu bildirdi.

Duz Zavodunda qida duzları ilə bərabər sənaye duzları da istehsal edilir. Masazır Duz Zavodu ölkəmizdə ekstra keyfiyyətli duzdan tablet duzunun istehsalını həyata keçirən yeganə müəssisədir. Tablet duzları su təmizləmə sistemlərində, hovuzlarda, filtrlərin təmizlənməsində, qazanxanalarda istifadə olunur.

KİV nümayəndələri zavodun avtomatlaşdırılmış idarəetmə otağındakı prosesləri də izləyiblər. Onlar burada son texnologiya ilə təchiz edilmiş zavodun, istehsal prosesindəki cihazların mərhələlərlə işlənməsi ilə tanış olublar.

Ziyarət çərçivəsində müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaya baş çəkən jurnalistlərə keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edildiyi və şirkətlər qrupunun Müşahidə Şurasının sədri Abdolbari Goozalın bu məsələyə xüsusi həssaslıqla yanaşdığı bildirildi. “Azərsun Holdinq”in rəhbərinin keyfiyyət fəlsəfəsinə uyğun olaraq bütün müəssisələrdə olduğu kimi burada da keyfiyyətə xüsusi önəm verilir. Keyfiyyət - xammal, qablaşdırma, son məhsul, kadrlar və bütün digər məsələlərdə əsas ünsür hesab edilir. Jurnalistlərin suallarını cavablandıran Tural Əsgərov duzun yodlaşdırılmasının vacibliyindən danışdı, ev şəraitində adi su ilə duzu qataraq duzun keyfiyyətini müəyyən etməyin mümkün olduğunu söyləyərək bu prosesi nümayiş etdirdi. Xüsusilə qeyd etmək lazımdır ki, digər “Azərsun” müəssisələrində olduğu kimi Masazır Duz Zavodunda da laboratoriya müəssisəyə deyil baş ofisə bağlı olaraq çalışır ki, bu da onların keyfiyyət məsələsində tam müstəqil və obyektiv olmalarına şərait yaradır.

İllik istehsal həcmi 90.000 ton olan Masazır Duz Zavodunun fəaliyyətə başlaması “Regionların inkişafına dair” dövlət proqramına uyğun olaraq ətraf qəsəbələrdə yaşayan insanların məşğulluğunun təmin edilməsi və sosial-rifah halının yüksəldilməsinə də mühüm töhfə verir. Bundan əlavə, istehsal müəssisəsi tərəfindən mütəmadi olaraq müxtəlif sosial layihələr reallaşdırılır, aztəminatlı ailələrə bayram sovqatları təqdim edilir.

Media tur zamanı jurnalistlərə Masazır Gölünün milli sərvət hesab edildiyi və onun ekoloji balansının qorunmasına xüsusi önəm verildiyi bildirildi. Gölün bütün perimetri boyu kanalizasiya xətləri və kollektor mövcuddur ki, bununla da gölə tullantı sularının axıdılmasının qarşısı alınır.

Qeyd edək ki, Masazır Duz Zavodunda istehsal olunan məhsullar “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə” dair dövlət proqramına uyğun olaraq istehsal edilir və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəmadi olaraq olaraq apardığı monitorinqlərin nəticələrinə görə yüksək qiymətləndirilir.

5-ci nəsil döyüş təyyarələri Azərbaycan HHQ-nin Ermənistan üzərində üstünlüyünü artıracaq
5-ci nəsil döyüş təyyarələri Azərbaycan HHQ-nin Ermənistan üzərində üstünlüyünü artıracaq
Azərbaycandan keçməklə İrandan Gürcüstana qayıdan vətəndaşın görüntüləri yayıldı (VİDEO)
Azərbaycandan keçməklə İrandan Gürcüstana qayıdan vətəndaşın görüntüləri yayıldı (VİDEO)
Atəşkəs iriçaplı pulemyotlar və snayper tüfənglərlə pozuldu - 26 dəfə
Atəşkəs iriçaplı pulemyotlar və snayper tüfənglərlə pozuldu - 26 dəfə
Loading Bars
Xəbər lenti
Bolqarıstanda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
Bakıda mənzildən meyit tapılıb
Zaqatalada "VAZ" yanıb
Qərargah: İranla sərhəddə səyyar hospitallar yaradılır
5-ci nəsil döyüş təyyarələri Azərbaycan HHQ-nin Ermənistan üzərində üstünlüyünü artıracaq
Arktikada ağ ayılar sayılacaq
Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb
Azərbaycanda bir il ərzində müsadirə edilmiş narkotik maddələrin həcmi açıqlanıb
"TRT Avaz"ın Beynəlxalq Muğam Mərkəzindən canlı efiri (VİDEO)
Sumqayıt Teatrı Xocalı soyqırımına həsr olunmuş “Vicdanın hökmü” tamaşasını nümayiş etdirdi (FOTO)
Azərbaycanda istehsal edilən sənaye məhsullarının həcmi açıqlanıb
Azərbaycanla Britaniya arasında yaradıcı sənayelər sahəsində əməkdaşlıq müzakirə edilib
Vüsal Qasımlı: Azərbaycanda maliyyə texnologiyalarının – finteklərin tətbiqi imkanları genişdir
YARAT Müasir İncəsənət Mərkəzində ictimai müzakirə təşkil edilib (FOTO)
AQTA-nın laboratoriyaları koronavirusla bağlı xüsusi hazırlıq vəziyyətinə gətirilib (FOTO)
Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsi yad edildi (FOTO)
Azərbaycanda koronavirusa görə qərargah yaradıldı
Rusiya səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar (FOTO)
İranda koronavirusa görə universitetlәrdә dәrslәr dayandırıldı
Dövlət Turizm Agentliyi koronavirusa görə vətəndaşlara və turoperatorlara müraciət edib
Azərbaycanda ÜDM 2,4 faiz artıb
Avstraliya çimərliyində qeyri-adi məxluq aşkar edildi
Rusiya nümayəndə heyəti ADU-nun qonağı olub (FOTO)
Azərbaycanda ad gününü fevralın 29-da qeyd edənlər - STATİSTİKA
Bakıda işıqforların fəaliyyəti bərpa olunub
Baş infeksionist: Koronavirus qripin bir növüdür, insanların hesab etdiyi kimi təhlükəli xəstəlik deyil
UNEC-də konfrans: Universitetlərdə akademik tədqiqatların kommersiyalaşması: Beynəlxalq reallıqlar və yeni çağırışlar (FOTO)
Prokurorluq orqanları beynəlxalq tərəfdaşları ilə əməkdaşlığını uğurla davam etdirir (FOTO)
Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Aydın Mirzəzadə: Azərbaycan və Türkiyə eyni ab-hava ilə nəfəs alırlar
Ombudsman Aparatının əməkdaşların USAID və Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb
Yardımlıda ata və oğulun öldürülməsi ilə bağlı saxlanılan var (ƏLAVƏ OLUNUB)
Rumıniyanın "Cənub Qaz Dəhlizi"nə qoşulma imkanları müzakirə edilib (FOTO)
Azərbaycan və Türkiyə ticarət dövriyyəsini 15 milyard dollaradək artırmağa qadirdir
İranın vitse-prezidenti koronavirusa yoluxdu
İran və Rusiya gömrük əməkdaşlıqları konfransı ləğv edildi
Konstitusiya Məhkəməsi seçki protokolları ilə bağlı məlumat yayıb
"Azərenerji" Bakıda işıqların sönməsinin səbəblərini açıqladı
Çili ilə əməkdaşlıq müzakirə olunub
İlahiyyat İnstitutunda “Bioetika və din” mövzusunda seminar keçirilib (FOTO)
TƏBİB Astarada koronavirusla bağlı yayılan videoya münasibət bildirdi
Metroda qatarların fəaliyyəti bərpa edildi
Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi Naxçıvanın ixrac imkanlarını artıracaq
DSX rəisi istefaya buraxılan generallarla görüşüb (FOTO)
Fevralın 28-nə manatın məzənnəsi
Valideynsiz uşaqların övladlığa götürülməsi qaydası təsdiqləndi
Metrodakı sərnişin sıxlığına görə əlavə avtobuslar cəlb edilir - BNA
Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayanıb, sərnişinlər təxliyə olunur (ƏLAVƏ OLUNUB)
Ombudsman 2019-cu il üzrə məruzəsini təqdim edib
Səhiyyə Nazirliyi: Gürcüstanda koronavirus şübhəsi ilə müalicə olunanlar arasında Azərbaycan vətəndaşları yoxdur
Azərbaycan və Türkiyə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına təkan verəcək - Sona Əliyeva
Ekologiya və Təbii Sərvətlər naziri Kağızın təkrar emalı fabrikində olub (FOTO)
Ödənişli ictimai işlərə nəzarət gücləndirilir
Şura hesabat konfransı keçirdi və 2020-ci ilin prioritetlərini açıqladı (FOTO)
Bakıda elektrik enerjisinin verilişi dayandı
Vüqar Rəhimzadə: Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir
"Azərişıq" sayğaclara müdaxilə halları aşkarladı
Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib (FOTO) (YENİLƏNİB)
Türkiyədə sərnişin gəmisi saya oturdu
Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti Energetika Nazirliyində olub (FOTO)
Xəzərdə zəlzələ olub
Taksi sürücüsü və aptekdə satıcıya qarşı soyğunçuluq edən şəxslər saxlanılıb
Müdafiə naziri Anjey Kaspşiklə görüşüb
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi qeyd olunacaq
DSX-nin 3 generalı istefaya buraxılıb - SƏRƏNCAM
Azərbaycanda müqavilə əsaslı təsərrüfatçılıq formalaşdırılır (FOTO)
Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlanıb (VİDEO)
Martın 1-də 40 minə yaxın şagird buraxılış imtahanı verəcək
DSX-nin bir sıra hərbi qulluqçuları 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib
Sumqayıtda yataqxanada baş verən yanğın söndürülüb
Baş prokurorun müavini Neftçalada sakinləri qəbul edəcək
Bolqarıstanlı ekspert: Ovçular ova qənimət kimi deyil, istirahət kimi baxmalıdırlar
Azərbaycanda yaradıcı və mədəniyyət sənayeləri sahəsində assosiasiya yaradıla bilər
İndoneziya Parlamentində Xocalı Soyqırımını qınayan bəyanat imzalanıb
İranda yeni koronavirus nəticəsində ölənlərin sayı 26-ya yüksəlib
“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiqləndi
Bərham Saleh Prezident İlham Əliyevi təbrik edib
Müəllimlərin işə qəbulu üçün müsabiqəyə start verilir
Energetika naziri ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb (FOTO)
Azərbaycanda yaradıcılıq və mədəniyyət sahələrində geniş sahibkarlıq potensialı var
Azərbaycandan keçməklə İrandan Gürcüstana qayıdan vətəndaşın görüntüləri yayıldı (VİDEO)
Bakıda ağır yol qəzası: 3 nəfər öldü, 1 nəfər yaralandı
Azərbaycanda ov mövsümü başa çatır
Türk Hava Yolları Naxçıvana uçuşları müvəqqəti dayandırıb (ƏLAVƏ OLUNUB)
Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınıb
FHN rəsmisi: Bəzən yanğınsöndürən maşınlar binalara yaxınlaşa bilmir
Azərbaycanda 18 əcnəbi ov qaydalarını pozub
FHN Azərbaycanda yanğınların ən çox baş verdiyi yerləri açıqladı
Naqif Həmzəyev Türkiyədə Xocalı soyqırımından danışıb (FOTO)
İlahiyyat İnstitutunun tələbələri Azərbaycan Milli Kitabxanasını ziyarət ediblər (FOTO)
Bakıda İƏT-in Gənclər və İdman nazirlərinin daimi Şurasının iclası keçirilib
Qaxda "VAZ" 69 yaşlı kişinin həyatına son qoydu
Hotellərə verilən ulduzlar 3 il qüvvədə olacaq
İnnovasiyalar Agentliyi, Ekvita, “Agribioekotex MMC”, “Trendtech MMC” və “Fructus MMC” arasında əməkdaşlıq haqqında razılaşma (FOTO)
Ağacların kəsilməsi ilə bağlı şikayət yerində araşdırılıb
AQTA-dan koronavirusla bağlı zəruri tövsiyələr
Polisə silahlı müqavimət göstərən Bakı sakini Mingəçevirdə güllələndi
İran parlamentinin komitə sədri koronavirusa yoluxdu
Sabah 19 dərəcə isti olacaq
Bakıda 15-ə yaxın çadır quraşdırıldı - Novruzla əlaqədar
Bütün xəbərlər