...

Sumqayıtda Ziraat Bankın 4-cü filialı açdı

İqtisadiyyat Materials 25 Oktyabr 2019 21:44 (UTC +04:00)
Ziraat Bank Azərbaycan ASC 25.10.2019 tarixində 4-cü filialının açılışını Sumqayıt şəhərində həyata keçirmişdir
Sumqayıtda Ziraat Bankın  4-cü filialı açdı

Bakı, Trend:

“Ziraat Bank Azərbaycan” ASC 25.10.2019 tarixində 4-cü filialının açılışını Sumqayıt şəhərində həyata keçirib. Trend-in məlumatına görə, açılışda Turkiyə Cumhuriyyətinin Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu , Sumqayıt şəhər İcra Başçısı Zakir Fərəcov, Türkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özoral, Ziraat Bank Türkiyə İdarə Heyəti Üzvü Fevzi Çutur, “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Avni Demirci, Şimali Kiprin Azərbaycan səfiri Ufuk Turqanər, Azərbaycanlı iş adamları və Azərbaycanda fəaliyyət göstərən Türkiyəli iş adamları da iştirak edib.

Türkiyənin Xarici İşlər Naziri Cənab Mevlüt Çavuşoğlu açılışda filialı gəzərək işçilərlə söhbət edərək, Ziraat Bank Azərbaycanın “Bankkart” məhsulunu bankın sədri Avni Demircidən qəbul edib.

“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin Sədri Avni Demirci çıxışında dörd il öncə qurulan Ziraat Bankın 4-cü filialının istehsal və sənayə bölgəsi olan Sumqayıt şəhərində açılmasına diqqət çəkdi və Azərbaycanda istehsalatın inkişafına yönəlik addımlara dəstək olmaq məqsədi ilə buranı seçdiyini qeyd edib.

"Ziraat Bank Azərbaycan" ASC olaraq ilk məqsədimiz Azərbaycan və Türkiyə arasında ticarətin inkişaf etdirilməsidir və iqtisadiyyatın dinamik olduğu yerlərdə filiallarımızın sayını artırmağa davam edəcəyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti