...

SOCAR-a yeni vitse-prezident təyin edilib

İqtisadiyyat Materials 3 Dekabr 2019 10:02 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni vitse-prezident təyin olunub.
SOCAR-a yeni vitse-prezident təyin edilib

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni vitse-prezident təyin olunub.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Trend-ə bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.

“Azneft” İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə hələ təyinat olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti