...

“Azərbaycan Sənaye Korporasiyası” ASC bayram münasibəti ilə xeyriyyə tədbiri keçirib (FOTO)

İqtisadiyyat Materials 29 Dekabr 2019 13:02 (UTC +04:00)

Bakı. Trend:

“Azərbaycan Sənaye Korporasiyası” ASC və Sumqayıt Şəhər İcra Hakimiyyəti 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə xeyriyyə tədbiri keçirib.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-dən Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin Sumqayıt şəhərində yaşayan 40-a yaxın üzvünün ailəsinə baş çəkərək, Korporasiya tərəfindən təşkil olunmuş bayram hədiyyələrini onlara təqdim ediblər. Xeyriyyə aksiyasının keçirilməsində məqsəd, Çernobıl qəzasında zərər çəkmiş, sağlamlığını itirmiş bu insanların ailələrinə maddi və mənəvi dəstək olmaq, onlara bayram sevinci bəxş etməkdir.

Qeyd olunmalıdır ki, ölkə rəhbərliyinin sosial yönümlü siyasəti nəticəsində Çernobıl qəzasının ləğvində iştirak etmiş şəxslərin sosial müdfaiəsinin təmin edilməsi, reabilitasiyası, müalicəsi ilə əlaqədar kifayət qədər işlər görülüb və bu qəbildən olan insanların sosial rifahı daima ölkə başçısının diqqətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti