...

Mahaçqaladan Bakıya birbaşa aviareys açılır

İqtisadiyyat Materials 5 Yanvar 2020 11:25
Bu il Mahaçqala-Bakı və Mahaçqala-Tehran birbaşa aviareyslərinin açılışı planlaşdırılır
Mahaçqaladan Bakıya birbaşa aviareys açılır

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu il Mahaçqala-Bakı və Mahaçqala-Tehran birbaşa aviareyslərinin açılışı planlaşdırılır.

Trend-in məlumatına görə, bunu "TASS"a "Mahaçqala Aeroportu" Səhmdar Cəmiyyətinin baş direktoru Arsen Pirməhəmmədov deyib.

A.Pirməhəmmədov bildirib: "Hazırda beynəlxalq istiqamətdə Tehran və Bakıya birbaşa aviareyslərin açılması məsələsi üzərində işləyirik. Bu aviareyslərin bu il açılması planlaşdırılır".

Onun sözlərinə görə, yeni hava marşrutlarının açılması ilin ortalarında Mahaçqalanın hava limanının yeni beynəlxalq terminalı istifadəyə verildikdən sonra planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti