...

Yanvarın 15-dən Rusiyanın bu şəhərinə uçuşlar başlayır

İqtisadiyyat Materials 6 Yanvar 2020 07:11 (UTC +04:00)
2020-ci ilin yanvar ayının 15-dən Rusiyanın "İrAero" aviaşirkəti Samara şəhərindən Bakıya birbaşa aviareyslər həyata keçirməyə başlayacaq
Yanvarın 15-dən Rusiyanın bu şəhərinə uçuşlar başlayır

Bakı. Trend:

2020-ci ilin yanvar ayının 15-dən Rusiyanın "İrAero" aviaşirkəti Samara şəhərindən Bakıya birbaşa aviareyslər həyata keçirməyə başlayacaq.

Trend-in "Aviashop"a istinadən verdiyi məlumta görə, Samaranın "Kurumoç" hava limanından Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına uçuşlar həftədə bir dəfə çərşənbə günləri həyata keçiriləcək.

"İrAero" aviaşirkəti bu reyslərin cədvəlini təqdim edib:

Çərşənbə:

Samara (KUF) - Bakı (BAK) 01:20 - 03:10

Bakı (BAK) - Samara (KUF) - 04:10 - 06:00

Məqalədə:
Xəbər lenti

Xəbər lenti