...

"Networking.az" iş adamları klubu növbəti görüşünü keçirib (FOTO)

İqtisadiyyat Materials 3 Fevral 2020 20:48 (UTC +04:00)
“Networking.az” biznes klubunun 80-ə yaxın qonağın iştirakı ilə növbəti tədbiri baş tutub.
"Networking.az" iş adamları klubu növbəti görüşünü keçirib  (FOTO)

Bakı. Trend:

“Avenue Music Hall” restoranında “Networking.az” biznes klubunun 80-ə yaxın qonağın iştirakı ilə növbəti tədbiri baş tutub.

Trend-in məlumatına görə, tədbir, biznes əlaqələrinin yaradılması, yeni əməkdaşlıqların qurulması və biznes imkanlarının genişləndirilməsi məqsədini daşıyıb. Görüşdə iri və orta biznes rəhbərləri və sahibkarları iştirak edib.

Görüş iki hissədən ibarət olub: iştirakçıların çıxışı və qonaqlar arasında sərbəst ünsiyyət.

Tədbirin açılış nitqini Networking.az-ın direktoru Orxan Hacıyev edərək qonaqları salamlayıb, bu cür görüşlərin əhəmiyyəti və klubun ölkənin biznes proseslərinə təsiri haqqında danışıb. Sonra söz Avenue Music Hall restoranının direktoru Sevda Nəcəfovaya verilib. O, belə gözəl tədbirə ev sahibliyi etməkdən məmnun olduğunu bildirib və qonaqlara xoş və maraqlı axşam keçirməyi arzu edib.

Spiker qismində Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin rəisi Əvəz Quliyev çıxış edib. O, vergi məcəlləsində 2020-ci ilin yanvar ayından qüvvəyə minmiş dəyişikliklər haqqında danışıb. Onun çıxışı böyük maraq doğurub. Sahibkarlar, onları maraqlandıran suallara cavab almaq imkanını əldə edib.

Tədbirin ikinci hissəsində qonaqlar bir-biri ilə tanış olub, əməkdaşlıq imkanlarını və qarşılıqlı maraqları müzakirə edə biliblər. Ümumilikdə görüş səmimi və pozitiv atmosferdə keçib.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti