...

Azərbaycan nefti ucuzlaşır

İqtisadiyyat Materials 19 Fevral 2020 10:32 (UTC +04:00)
"Brent Dated" etalon növlü neftin qiyməti 57,31 dollar/barel olub
Azərbaycan nefti ucuzlaşır

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 18-də 60,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,96 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 55,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,3 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 57,31 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,41 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti