...

VTB: Koronavirus təhlükəsi Azərbaycan və Rusiya arasındakı işgüzar fəallığa təsir göstərmir

İqtisadiyyat Materials 4 Mart 2020 12:56 (UTC +04:00)
Bugünkü gün koronavirusun Azərbaycanla Rusiya arasında iqtisadi fəallığa hər hansı bir təsiri müşahidə olunmur
VTB: Koronavirus təhlükəsi Azərbaycan və Rusiya arasındakı işgüzar fəallığa təsir göstərmir

Bakı. Eldar Canaşvili - Trend:

Bugünkü gün koronavirusun Azərbaycanla Rusiya arasında iqtisadi fəallığa hər hansı bir təsiri müşahidə olunmur.

Trend-in məlumatına görə, bunu VTB (Azərbaycan) bankının İdarə heyətinin sədri Yevgeni Kirin 2019-cu il üzrə fəaliyyətinə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, koronavirusun yayılması problemi bankın fəaliyyətinə heç cür təsir göstərməyib. Sədr virusun iki ölkə arasında işgüzar fəallığa təsir göstərmədiyinə əminliyini ifadə edib:

“Təbii ki, biz virusun qarşısının alınması üçün bəzi preventiv tədbirlər görürük, amma işimizə heç biri ciddi təhdid yoxdur və gözlənilmir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti