...

Türkiyədən Azərbaycana zərgərlik məmulatları ixracı kəskin azalıb

İqtisadiyyat Materials 8 Mart 2020 22:00 (UTC +04:00)
2020-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana zərgərlik məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 64,48 faiz azalaraq 263 min dollar təşkil edib
Türkiyədən Azərbaycana zərgərlik məmulatları ixracı kəskin azalıb

Trend-i buradan izləyin

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana zərgərlik məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 64,48 faiz azalaraq 263 min dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən bildirilib.

Fevral ayında Türkiyədən Azərbaycana zərgərlik məmulatları ixracı da ötən ilin fevralı ilə müqayisədə 68,87 faiz azalıb və 220,6 min dollara bərabər olub.

2020-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına zərgərlik məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 28 faiz artaraq 664,298 milyon dollar təşkil edib.

Hesabat dövründə Türkiyənin ümumi ixracında zərgərlik məmulatlarının payı 2,3 faizə bərabər olub.

Fevral ayında Türkiyə dünya bazarlarına 372,356 milyon dollar məbləğində zərgərlik məmulatı ixrac edib ki, bu da 2019-cu ilin fevralı ilə müqayisədə 49,7 faiz çoxdur.

Son 12 ay ərzində (fevral 2019 – fevral 2020) Türkiyə 4,248 milyard dollar məbləğində zərgərlik məmulatı ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti