...

Yükdaşıma və sərnişindaşıma sektorunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

İqtisadiyyat Materials 26 Mart 2020 19:39 (UTC +04:00)
Koronavirus (COVID-19) pandemiyasının sahibkarlığa təsirlərinin araşdırılması ilə bağlı tədbirlər davam etdirilir. Bu istiqamətdə növbəti müzakirələr nəqliyyat-logistika, o cümlədən yükdaşıma və sərnişindaşıma sektorunda fəaliyyət göstərən sahibkarlarla aparılıb.
Yükdaşıma və sərnişindaşıma sektorunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Bakı. Trend:

Koronavirus (COVID-19) pandemiyasının sahibkarlığa təsirlərinin araşdırılması ilə bağlı tədbirlər davam etdirilir. Bu istiqamətdə növbəti müzakirələr nəqliyyat-logistika, o cümlədən yükdaşıma və sərnişindaşıma sektorunda fəaliyyət göstərən sahibkarlarla aparılıb.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin təşkilatçılığı, Vergilər Nazirliyinin, Bakı Nəqliyyat Agentliyinin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Dövlət Məşğulluq Xidmətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş müzakirələrdə pandemiya səbəbindən bir çox ölkələrdə sərhədlərin bağlanması və xüsusi rejimin tətbiqinin nəqliyyat-logistika sektoruna da təsir göstərdiyi bildirilib, bu təsirlərin minimuma endirilməsi üçün çıxış yolları müzakirə edilib, sahibkarların təklifləri dinlənilib.

Sahibkarlara koronavirus infeksiyasının özəl sektora təsirinin minimuma endirilməsi üçün görülən işlər və nəzərdə tutulan tədbirlərin istiqamətləri barədə məlumat verilib və müvafiq təkliflərin hazırlandığı bildirilib.

Müzakirələrdə özəl sektorun hazırkı şəraitdə sosial məsuliyyətinın daha da artırılmasının vacibliyi vurğulanıb, bu baxımdan sahibkarlara işdən azad edilməyə, əməkdaşların ixtisarı hallarına yol verməmək, korporativ sosial məsuliyyət və ictimai həmrəylik nümayiş etdirmək tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti