...

Mikayıl Cabbarov: Pandemiyanın iqtisadiyyatımızın strukturunda mənfi təsiri minimal səviyyədədir

İqtisadiyyat Materials 30 İyun 2020 10:38 (UTC +04:00)
Mikayıl Cabbarov: Pandemiyanın iqtisadiyyatımızın strukturunda mənfi təsiri minimal səviyyədədir

Bakı. Samir Əli - Trend:

Pandemiya dövründə ölkəmizin iqtisadiyyatı çətinliklə üzləşsə də, iqtisadiyyatımızın strukturunda mənfi təsir minimal səviyyədədir.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, biznes mühitin yaxşılaşması istiqamətində işlər görülür:

"2019-cu il yanvarın birindən əmək müqavilələri ilə bağlı da islahatlar aparıldı. 2019-cu il yanvarın 1-də 539 min 522 əmək müqaviləsi vardısa, 2020-ci il 26 iyunda bu rəqəm 751 min 705 olub. Bu da o deməkdir ki, 18 ay ərzində 210 min əmək müqaviləsi artıb".

M. Cabbarov bildirib ki, İqtisadiyyatımızın əsas oyuncularına mənfi təsir minimumal səviyyədədir. Ölkədə biznes mühiti son illər yaxşılaşdırılır, biznes mühitə müxtəlif müdaxilələrin azalması müşahidə edilir. İlin sonuna qədər ölkə iqtisadiyyatında balanslaşdırılma baş verməsinə inanırıq:

"Sahibkarların fəaliyyətinin təşviq edilməsi davam etdiriləcək. Ölkənin sənaye parklarına bu gün böyük maraq hiss etdirik. İnvestisiya layihələrinə maraq qalıb, düşünürəm ki, yaxın vaxtlarda Sumqayıt Kimya Sənaye Parkında özəl sektor tərifəndən layihələrin həyata keçirilməsini müşahidə edəcəyik".

Nazir qeyd edib ki, pandemiyamın Azərbaycan iqtisadiyyata nə qədər zərər vurması barədə danışmaq hələ tezdir: "Hazırda bu proses davam edir. Hesablamamlar aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti