...

Azərbaycan Dəmir Yollarının 2030-cu ilə qədər strategiyası müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 21 İyul 2020 17:21 (UTC +04:00)

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Koporativ Strategiya”sının hazırlanması məqsədi ilə bu il mayın 21-də dünyanın aparıcı şirkətlərindən olan “McKinsey&Company” ilə müqavilə imzalanıb, bu istiqamətdə təhlillər davam etdirilir.

QSC-dən Trend-ə bildirilib ki, iyulun 17-də Cəmiyyətin İdarə Heyəti və həmin şirkətin nümayəndələrinin iştirakı ilə videokonfrans təşkil olunub. Videokonfrans zamanı “McKinsey&Company” şirkətinin nümayəndələri layihənin gedişatı barədə ətraflı məlumat təqdim ediblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov əlverişli coğrafi mövqedən səmərəli istifadə etməklə, ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində dəmir yolunun artan roluna diqqət çəkib və son dövrlərdə bu istiqamətdə atılan məqsədyönlü addımların ölkənin tranzit potensialına müsbət təsirini vurğulayıb. Bu məqsədlə “Azərbaycan Dəmir Yolları” QSC-nin əməliyyat effektivliyinin artırılması ilə yanaşı, nəqliyyat zəncirinin bütün halqalarının prosesdə iştirakının artırılması və müvafiq dəhlizlərin inkişafında maraqlı tərəflərlə əməkdaşlığın vacibliyini qeyd edib.

Daha sonra, “McKinsey&Company” şirkətinin dəmir yolu sektoru üzrə beynəlxalq ekspertləri tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinə qlobal və regional dəmir yolu sektorunun icmalı və trendləri, COVİD-19 pandemiyasının dəmir yolu sektoruna təsiri mövzularına dair təqdimat edilib. Strategiyanın daha uğurlu olması üçün qlobal və regional trendlərin gözlənilən təsirləri müzakirə olunub, bu mövzuda tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti