DANX pandemiyanın sərnişin daşımalarına təsirini açıqladı - ÖZƏL

DANX pandemiyanın sərnişin daşımalarına təsirini açıqladı - ÖZƏL

Bakı. Ceyhun Ələkbərov - Trend:

Koronovirus infeksiyasının yayılmasının qarşısının alınmasında insanlar arasında təmasın minimuma endirilməsi mühüm əhəmiyyət kəsb edir və bu məqsədlə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələri və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları əsasında ölkəmizdə əhalinin hərəkətliliyi ilə bağlı bir sıra məhdudiyyətlər tətbiq olunub.

Bu məhdudiyyətlər infeksiyanın yayılması üçün münbit şəraitə malik olan avtomobil nəqliyyatı ilə sərnişin daşımalarına da sirayət etmiş, ilkin olaraq beynəlxalq istiqamətlər üzrə sərnişin daşımaları tam dayandırılaraq daha sonra ölkədaxili şəhərlərarası sərnişin daşımalarına yalnız Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında icazə verilib.

Ölkəmizdə xüsusi karantin rejiminin tətbiqi çərçivəsində, avtomobil nəqliyyatı ilə yük daşımaları, taksi xidmətləri və avtobusla şəhərdaxili müntəzəm sərnişin daşımaları ilə bağlı heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Bununla əlaqədar olaraq, avtomobil nəqliyyatı ilə daşımaların vəziyyəti ilə bağlı tərəfimizdən aparılan monitorinqin nəticələri barədə məlumat vermək istərdik.

Bunu Trend-in sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorundan bildiriblər.

Statistik məlumatlara əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tənzimləmə dairəsi çərçivəsində normal rejimdə gün ərzində daşınan sərnişinlərin sayı təxminən 2 milyon 56 min nəfər təşkil edirdi.

Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə cari ilin 3 mart tarixində tətbiq olunan təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması ilə bağlı məhdudiyyətdən sonra 4 mart tarixində avtobusla şəhərdaxili, rayondaxili və şəhərlərarası, rayonlararası sərnişin daşımalarında artıq orta hesabla təxminən 21%-lik azalma müşahidə olunaraq gün ərzində daşınan sərnişinlərin ümumi sayı təxminən 1 milyon 624 min nəfər təşkil edib.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 23-də qəbul edilmiş qərar əsasında Azərbaycan Respublikasında 24 mart tarixindən etibarən 20 aprel tarixinədək xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında daşımalar istisna olmaqla ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti tam dayandırıldığından və əhalinin “icazə” tətbiq edilməklə hərəkəti məhdudlaşdırıldığından aprel ayı ərzində sərnişin daşımalarında stabil azalma olmuş və normal rejim ilə müqayisədə sərnişin daşımalarında təxminən 80 %-dək azalma müşahidə edildi.

Normal iş rejimində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında avtobus marşrutları üzrə sərnişin daşımaları 12 hüquqi şəxs və 13 nəfər fiziki şəxs tərəfindən yerinə yetirilirdi. Belə ki, Bakı-Sumqayıt istiqaməti üzrə 8 marşrutda 68 avtobus, Bakı-Abşeron istiqaməti üzrə 13 marşrutda 66 avtobus və Sumqayıt-Abşeron istiqaməti üzrə 9 marşrut üzrə 61 avtobus olmaqla, ümumilikdə gündəlik 30 marşrut üzrə 195 avtobus istismar edilirdi.

Xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər səbəbindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında sərnişin axını azaldığı üçün istismar olunan avtobusların sayı da sərnişin axınına uyğunlaşdırılıb. Buna müvafiq olaraq sərnişin daşımaları 7 hüquqi şəxs və 13 fiziki şəxs tərəfindən davam etdirilib. Belə ki, Bakı-Sumqayıt istiqaməti üzrə 8 marşrutda 32 avtobus, Bakı-Abşeron istiqaməti üzrə 13 marşrutda 53 avtobus və Sumqayıt-Abşeron istiqaməti üzrə 9 marşrut üzrə 54 avtobus olmaqla, ümumilikdə gündəlik 30 marşrut üzrə 139 avtobus istismar edilir.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında avtobus marşrutları ilə aprel ayı üzrə 497885, may ayı üzrə 674310, iyun ayı üzrə 590020 sərnişin və iyul ayı üzrə 417070 şərnişin olmaqla, ümumilikdə 2179285 nəfər sərnişin daşınıb.

Nəzərinizə çatdıraq ki, aprel ayından etibarən hazırki tarixədək 86659 monitorinq keçirilib və 10268 nöqsan aşkar olunub. Aşkarlanan nöqsanların aparılan monitorinqlərdəki payı təxminən 11.8% təşkil edib və bu nöqsanların aradan qaldırılması üçün tərəfimizdən zəruri tədbirlər görülüb. Aparılan monitorinqlər işəgötürənin işçilərini qoruyucu vasitələr və dezinfeksiyaedici ləvazimatlarla təmini (monitorinq sayı 18106, nöqsan sayı 956), dayanacaqlarda və nəqliyyat vasitələrində nəqliyyatdan mümkün qədər az istifadə edib piyada gəzməyi və məsafə saxlamağı təşviq edən maarifləndirici plakatların yerləşdirilməsi (monitorinq sayı 10581, nöqsan sayı 1045), vətəndaşlardan tibbi maska taxmalarını tələb edən və sosial məsafənin saxlanılmasının zəruriliyini bildirən maarifləndirici məlumatlar yerləşdirilməsi (fəaliyyətinə icazə verilən 8 avtovağzal və avtostansiyada monitorinq sayı 95, nöqsan sayı 6), avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasının istisna edilməsi üçün daşıyıcılar tərəfindən şəffaf arakəsmələrin quraşdırılması (monitorinq sayı 11868, nöqsan sayı 1015), taksilərdən istifadə edən müştərilərin yalnız arxa oturacaqlarda oturmasının təmini (monitorinq sayı 12844, nöqsan sayı 3257), taksi sürücüsü ilə arxadakı oturacaqlar arasında şəffaf, hava keçirməyən arakəsmələrin quraşdırılması (monitorinq sayı 12790, nöqsan sayı 1790) və avtobusların və taksi minik avtomobillərinin fasilələr zamanı daşıyıcılar tərəfindən dezinfeksiya edilməsi (monitorinq sayı 20375, nöqsan sayı 2199) ilə bağlı məsələləri əhatə edib.

Əlbəttə, pandemiya dövründə qarşımızda duran əsas vəzifələrdən biri də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərarlara müvafiq olaraq daşımalar zamanı sərnişinlərin və sürücülərin təhlükəsizliyinin təmin edilməsi olub. Bu baxımdan, müntəzəm avtobus marşrutları ilə daşınan sərnişinlərin sayında əhəmiyyətli azalma olsa da, tərəfimizdən mütəmadi olaraq daşıyıcıların və sərnişinlərin maarifləndirilməsi işləri həyata keçirilir, avtobusların salonunda sərnişin sıxlığı ciddi nəzarətdə saxlanılır.

Pandemiya dövründə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları həyata keçirən sahibkarlıq subyektlərinin fəaliyyətinin rəsmiləşdirilməsi, bu sahədə dövlət vergisinin yığlması prosesinin asanlaşdırılması, habelə sui-istifadə hallarına yol verilməməsi məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən bir sıra tədbirlər görülüb. Avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşıma fəaliyyətinə buraxılış, həmçinin bu sahədə verginin ödənilməsini təsdiq edən “Fərqlənmə nişanı” sənədinin “Azərpoçt” MMC-nin rayon və şəhər şöbələrində verilməsi prosesi təşkil olunub. Eyni zamanda, xüsusi karantin rejimində taksi xidmətləri üzrə 6 min 224 və ölkədaxili yük daşımaları üzrə 6 min 332 nəqliyyat vasitəsi haqqında məlumatlar operativ qaydada tərəfimizdən “icazə.e-gov.az” portalına daxil edilib.

Mart ayının 4-dən başlayaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (012) 566-52-58 qaynar xətti 7/24 rejimində fəaliyyət göstərir. Eyni zamanda, zəruri materialların operativ qaydada təqdim edilməsi məqsədilə WhatsApp xətti istifadəyə verilib. Mart ayının 4-dən bu günə qədər qaynar xətt vasitəsilə ümumilikdə 4 min 168 müraciət daxil olub. Müraciətlərin ən çox daxil olduğu vaxt Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müvafiq qərarların qəbul edildiyi tarixə təsadüf edir. Hazırda qaynar xətt vasitəsilə gün ərzində orta hesabla 25-30 müraciət daxil olur.

Bununla yanaşı, qeyd etmək istərdik ki, pandemiya dövründə qadağan edilmiş sərnişin daşımalarının və fəaliyyətinə məhdudiyyət tətbiq olunmuş avtovağzalların və avtostansiyaların işinin bərpası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul ediləcək qərarlara müvafiq olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən mərhələli şəkildə təmin ediləcəkdir.

Qaxın turizm marşrutu tullantılardan təmizlənib (FOTO)
Qaxın turizm marşrutu tullantılardan təmizlənib (FOTO)
Qazaxıstan və Azərbaycan səhiyyə turizmi sahəsində əməkdaşlığı gücləndirir
Qazaxıstan və Azərbaycan səhiyyə turizmi sahəsində əməkdaşlığı gücləndirir
AZTA regionlarda beş yeni nümayəndəlik açıb
AZTA regionlarda beş yeni nümayəndəlik açıb
Loading Bars
Xəbər lenti
Mingəçevir Dövlət Universitetinin təqaüdə ayrılmış müəllimi Gümayev Mirzə Həsən oğlu vəfat edib
Gürcü ekspert: Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi beynəlxalq hüququn tələbidir
Rusiyada ikinci koronavirus vaksininin qeydiyyatı başlayıb
Amerikalı jurnalist Paşinyanın "suriyalı döyüşçülər" barədə yalanını ifşa etdi
Cəbhəyanı rayon və kəndlərdə kənd təsərrüfatı işləri adi qaydada davam etdirilir - Nazirlik
Bosniya və Herseqovinanın sabiq baş naziri: Ermənilərin artilleriya atəşi münaqişənin eskalasiyasına gətirib çıxardı
Malayziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir - Bəyanat
Bəhruz Quliyev: Azərbaycan öz halal torpaqlarından imtina etməyəcək
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşüblər
Gürcü sərhədçiləri Dağlıq Qarabağ zonasına şin aparan yük maşınlarının qarşısını alıb
Türkiyə Müdafiə Nazirliyi: Ermənistan 30 il əvvəl olduğu kimi, bu gün də dinc sakinləri hədəf alır
Bölmələrimizin mövqelərini atəşə tutan düşmən topları dəqiq atəşlə məhv edilib (VİDEO)
Ekspert: Vətənpərvər şagirdlərin yetişməsi üçün tarix, ədəbiyyat, coğrafiya müəllimlərinin üzərinə daha böyük məsuliyyət düşür
Sabah bu rayonlarda yağış yağacaq, dolu düşəcək
DTX veteranı: Ermənilərin son təxribatları onların müharibəyə başlamasına işarə idi
“Smart Customs” mobil tətbiqi ilə məcburi bəyanetmə müvəqqəti dayandırılıb
Makron Putin və Trampla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etməyi planlaşdırır
Albaniyanın sabiq prezidenti: Ermənistanın işğalı dayandırılmalıdır
Səhər saatlarında məhv edilən düşmən hərbi texnikalarının videogörüntüləri
AMEA-nın Azad Həmkarlar İttifaqı bəyanat verdi
Avtomobillərin addan-ada keçirilməsi üçün dövlət rüsumunun müəyyənləşməsi qaydası dəyişir
Tamam Cəfərova: 27 sentyabr hadisələri Ermanistanın yeni işğal siyasətinin təzahürüdür
7 şagirddə koronavirus aşkarlandı
Tural Gəncəliyev: Qarabağda yaşayan ermənilər Ordumuza, dövlətimizə sığınmalıdırlar (VİDEO)
Hikmət Hacıyev: BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmədən regionda sülhün bərqərar olması mümkünsüzdür
Müdafiə Nazirliyi: Alayın komanda məntəqəsinə atəş zərbəsi endirilib
Azərbaycan nefti ucuzlaşıb
Binəqədidə yüzlərlə şəxs könüllü olaraq hərbi xidmətə yollanıb (FOTO)
Hikmət Hacıyev: Ermənistan işğalçıdır, Azərbaycan isə ədaləti bərpa edir (VİDEO)
MN: Tonaşendə yerləşən erməni taborunun şəxsi heyəti müdafiə mövqelərini tərk edərək qaçır
Çavuşoğlu: Sülh üçün Ermənistan işğal etdiyi ərazilərdən dərhal çıxmalıdır
Gürcü ekspert: Bəzi kəndləri azad etməklə Azərbaycan ərazi bütövlüyünün bərpasına başladı
Paytaxt üzrə 28 direktor vəzifəsi vakansiyaya çıxarılıb
Gəncədə iki rayon ləğv edilə bilər
XİN: Ukrayna Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir
Bizim yolumuz haqq yoludur
ABŞ-ın ATƏT-dəki səfiri: Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə sadiqdir
Azərbaycanda iki yeni medal təsis edilir
Kaliforniyada F-35 qırıcısı yanacaqdoldurma təyyarəsi ilə toqquşub
Peşə məktəblərinə işə qəbul üçün müraciətlərin sayı 600-ü ötüb
Samsung Galaxy S20 FE - ən yaxşı flaqman xüsusiyyətləri sərfəli qiymətə
İranlı deputat: Ermənistan işğal etdiyi Dağlıq Qarabağı tərk etməlidir
Azərbaycan Ordusunun bölmələri düşmən mövqelərinə artilleriya zərbələri endirir (VİDEO)
Azərbaycan daha bir beynəlxalq sənədə qoşulur – Ermənistanla bağlı qeyd-şərt qoyuldu
Azərbaycan daha bir ölkədə səfirlik açır – Milli Məclis təsdiq etdi
Milli Məclisin Hesablayıcı Komissiyasına yeni üzv seçilib
Ermənilər Gürcüstan-Türkiyə magistralını bağlamağa cəhd ediblər
Ermənilər qaçmaqla canını qurtarır: Qarabağ küçələri kimsəsizləşib
Spiker: Bu gün Azərbaycan tarixində yeni zəfər tarixi yazılır
Milli Məclisdə jurnalistlər üçün 3 yeni iş otağı yaradılıb
On minlərlə həmvətənimiz könüllü döyüşlərə qatılmaq istəyir - MN
Ermənistanda koronavirusa yoluxanların sayı 50 mini keçdi
Gürcüstan Azərbaycanlılarının Milli Konqresi: Ermənistan çoxdan Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməli idi
Prezidentə yazırlar: “Ali Baş Komandan, sizə inanırıq, sizinlə birlikdəyik...”
Düşmən Goranboy rayonunu artilleriya atəşinə tutur
Təhsil Nazirliyində vətəndaşların qəbulu noyabrın 2-dək dayandırılıb
Cəbhə xəttində baş verən erməni təxribatı ilə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb - Sahibə Qafarova
İrandakı azərbaycanlılar Ermənistana hərbi texnika daşıyan maşınları yandırıb (FOTO\VİDEO)
Rusiyalı ekspert: İlham Əliyev Paşinyanı yerində otuzdurdu
Müdafiə Nazirliyi: Düşmən qruplaşması mühasirəyə alınıb
Silahlı Qüvvələrə Yardım Fondu üzrə ödənişlər “ASAN ödəniş”ə inteqrasiya olunub
Jan Fransua Mansel Fransadan ədalətli mövqe tələb edib
Azərbaycan xalqı və siyasi partiyalar yekdilliklə Prezidentin yanındadır - Deputat
İsrailli yazıçı: Döyüş əməliyyatları sırf Ermənistanın işğal etdiyi əzəli Azərbaycan ərazilərində aparılır
Deputatlar bu gün 22 məsələni müzakirə edəcək
Metyu Brayza: Bu gün vəziyyət 1994-cü ildən tamamilə fərqlənir
Ali məktəblərin vakant yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçiminin müddəti uzadılıb
Sentyabrın 30-da xarici valyutaların manata qarşı məzənnələri
ATƏT-in Daimi Şurası Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti müzakirə edib
Ermənistanın Tərtərə atəşi nəticəsində 7 mülki şəxs yaralanıb
Gürcü ekspert: Beynəlxalq ictimaiyyət Bakını tam dəstəkləyir
Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib: 1 S-300 sıradan çıxarılıb
Düşmən Tərtər şəhərini artilleriya atəşinə tutur
Yaponiyanın yeni Baş naziri oktyabr ayında ilk xarici səfərini edəcək
Dünya Bankının rəhbəri koronavirusa qarşı peyvənd üçün 12 milyard dollarlıq planın təsdiqlənməsini istəyir
Paytaxtda komendant saatı qaydalarının təmin olunması tədbirləri davam etdirilir (FOTO)
Ermənistanın son hərbi təxribatı ABŞ mətbuatında işıqlandırılıb
"Disney" 28 min işçisini ixtisara salacaq
Messi "Barselona"dakı böhrana görə azarkeşlərindən üzr istəyib
BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə bağlı qapalı iclas keçirib
"Instagram"ın işində qüsurlar yaranıb
Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edilib (VİDEO)
Moskvada koronavirusdan ölənlərin sayı 5 230 nəfərə çatıb
Ceyhun Bayramov Niderland Xarici İşlər naziri ilə telefon danışığı aparıb
Bu gün Azərbaycan Ordusu öz torpağında vuruşur - “Hədəf”də MÜZAKİRƏ
Müdafiə Nazirliyi: Ermənistan ordusunun mövqeləri darmadağın edilib
Ölkəmizdəki xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri əməliyyat şəraiti haqqında məlumatlandırılıb
Prezident İlham Əliyev: Biz təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin
Azərbaycan Prezidenti: Ermənistan ərazisində bizim heç bir hərbi hədəfimiz olmayıb və yoxdur
Prezident İlham Əliyev: Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür
Prezident İlham Əliyev: Münaqişənin yalnız iki tərəfi var - Ermənistan və Azərbaycan
Azərbaycan Prezidenti: Türkiyə münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur
Prezident İlham Əliyev: Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı şayiələr feyk-nyusdur
Prezident İlham Əliyev: Biz təcavüzkara adekvat cavab verməyə, öz xalqımızı və torpağımızı müdafiə etməyə məcbur idik
Türk Hava Yolları Azərbaycana həyata keçirilən uçuşların təxirə salınması ilə bağlı yayılan məlumatları təkzib edib
Müdafiə Nazirliyi rəşadətli Azərbaycan Ordusunun hərbi qüdrəti ilə bağlı maraqlı paylaşım edib
Ceyhun Bayramovun Latviyalı həmkarı ilə Qarabağı müzakirə edib
Prezident İlham Əliyev “60 dəqiqə” proqramında sualları cavablandırıb (YENİLƏNİB-2)
Ceyhun Bayramovun Litva Respublikasının Xarici İşlər naziri ilə telefon danışığı baş tutub
Kamran Əliyev Rusiya bas prokuroruna müraciət edib
Bütün xəbərlər