...

Ölkədə mövsümi yarmarkaların fəaliyyəti dayandırılıb

İqtisadiyyat Materials 9 Sentyabr 2020 12:23 (UTC +04:00)
Ölkədə mövsümi yarmarkaların fəaliyyəti dayandırılıb

Bakı. Samir Əli - Trend:

Kənd Təsərrüfat Nazirliyi ölkə ərazisində təşkil etdiyi mövsümi yarmarkaların fəaliyyətini dayandırıb.

Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədarük və Təchizat ASC-nin mətbuat katibi Mayis Musayev deyib.

Onun sözlərinə görə, yarmarkaların fəaliyyətinin dayandırılması pandemiya ilə əlaqədardır: "Ölkədə koronavirus infeksiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah kütləvi tədbirlərin keçirilməsini qadağan edib. Ona görə də biz mövsümi yarmarkaların keçirilməsini saxlamışıq. Operativ Qərargah bu cür tədbirlərin keçirilməsinə icazə veriləndən sonra yarmarkaların fəaliyyəti bərpa ediləcək. Kütləvi tədbirlər qadağan edildiyi üçün həm də bal yarmarkalarının təşkili təxirə salınıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti