...

Kiyevdən Bakıya uçuşlar başlayır

İqtisadiyyat Materials 17 Sentyabr 2020 12:27 (UTC +04:00)
Kiyevdən Bakıya uçuşlar başlayır

Bakı. Trend:

Ukraynanın “Beynəlxalq Hava Yolları” aviaşirkəti oktyabrın 1-dən etibarən Kiyevdən 5 beynəlxalq reys işə salacaq.

Trend-in məlumatına görə, həmin tarixdən başlayaraq Kiyevdən Brüssel, Düsseldorf, London, Praqa və Bakıya uçuşlar həyata keçiriləcək.

Sentyabrın 16-dan başlayaraq sərnişinlər aldıqları bileti uçuş baş tutan tarixədək ödənişsiz şəkildə dəyişdirə bilərlər.

Bundan başqa, şirkət Bakı da daxil olmaqla bir neçə istiqamətdə tranzit uçuşların keçirilməsini təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti