...

Yaxın günlərdə şəhid ailələrinin istehlak kreditləri bağlanacaq - "YAŞAT" Fondunun rəhbəri

İqtisadiyyat Materials 26 Yanvar 2021 11:56 (UTC +04:00)
Yaxın günlərdə şəhid ailələrinin istehlak kreditləri bağlanacaq - "YAŞAT" Fondunun rəhbəri

Bakı. Elçin Mehdiyev - Trend:

Şəhid ailə üzvlərinin istehlak kreditlərinin silinməsi ilə bağlı danışıqlar artıq yekun mərhələdədir.

Bunu Trend-in “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsində "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, yaxın günlərdə bu kreditlərin bağlanması həyata keçiriləcək.

E.Hüseynov əlavə edib ki, bu günə qədər 100-dən artıq şəhid ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı onların bank hesablarına vəsait köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti