...

BirBank yenə də ölkənin lider mobil tətbiqi oldu!

İqtisadiyyat Materials 5 Mart 2021 15:25 (UTC +04:00)
BirBank yenə də ölkənin lider mobil tətbiqi oldu!

Bakı. Trend:

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası ilə birgə keçirdiyi ənənəvi illik müsabiqənin nəticələrini elan edərək, qalib bankların adlarını açıqlayıb. 2020-ci ilin “Mobil bankçılıq xidməti üzrə lider bank” nominasiyasının qalibi Kapital Bank (BirBank mobil tətbiqi) olub.

Qeyd edək ki, bu müsabiqə çərçivəsində rəqəmsal ödənişlərin genişləndirilməsi, innovativ ödəniş həllərinin tətbiqi, elektron bankçılığın inkişafı istiqamətlərində müxtəlif nominasiyalar üzrə illik əsasda müsabiqə təşkil edilir və fərqlənən bankların mükafatlandırılması həyata keçirilir.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 2 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti