Bakı. Trend:
İşgüzar fəallığın artması fonunda neft bazarı bərpa olunur və artıq böhrandan əvvəlki səviyyəyə çatıb.
Trend-in məlumatına görə, bu barədə Rusiyanın "Lukoyl" neft şirkətinin bəyanatında deyilir.
Şirkətin rəhbəri Vahid Ələkbərovun sözlərinə görə, işgüzar fəallığın artımını karbohidrogenlərin istehlak həcmlərinin artması da təsdiq edir.
Qeyd olunub ki, "Lukoyl" 2020-ci ilin mayında işini dayandırdığı neft quyularının yarısından çoxunun işini bərpa edib.
Şirkətin son hesabatına əsasən, bu ilin ikinci rübündə neft hasilatı OPEC+ sazişi çərçivəsində məhdudiyyətlərin yumşaldılması çərçivəsində birinci rüblə müqayisədə 2,5 faiz artaraq 19,5 milyon tona çatıb.