...

Gürcüstan Rusiya ilə hava əlaqəsinin bərpasını müzakirə etməyə hazır olduğunu bildirib

İqtisadiyyat 22 Yanvar 2022 03:58 (UTC +04:00)
Gürcüstan Rusiya ilə hava əlaqəsinin bərpasını müzakirə etməyə hazır olduğunu bildirib

Bakı. Trend:

Birbaşa uçuşların dayandırılması Rusiya tərəfinin qərarı idi, əgər pandemiyaya baxmayaraq müsbət yanaşma olarsa, biz məsələni işçi səviyyəsində müzakirə edib konkret addımlar ata bilərik.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan tərəfinin mövqeyi ondan ibarətdir ki, əgər Rusiya tərəfi hazırdırsa, uçuşları bərpa etmək istəyi və iradəsi varsa, buna heç nə mane olmur.

"Bu məsələ onların öz ixtiyarındadır, pandemiya vəziyyəti düzəltməyə imkan verən kimi məsələni işçi səviyyəsində müzakirə edib uçuşların bərpası üçün konkret addımlar ata bilərik", - Z. Abaşidze qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti