...

"Buta Airways" aviaşirkəti Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünkü reysini ləğv edib

İqtisadiyyat Materials 24 Fevral 2022 08:33 (UTC +04:00)
"Buta Airways" aviaşirkəti Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünkü reysini ləğv edib

Bakı. Trend:

NOTAM (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma sistemi) məlumatına əsasən Ukraynanın hava məkanı hüdudlarında mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə əlaqədar Azərbaycanın "Buta Airways" aviaşirkəti Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünkü reysini ləğv edib.

"Buta Airways"in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu marşrut üzrə bilet əldə etmiş sərnişinlər onları digər tarixlərə dəyişdirə və ya cərimə tətbiq edilmədən geri qaytara bilərlər.

"Bütün sərnişinlərimizdən ən son uçuş məlumatlarını aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində izləmələrini xahiş edirik", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti