...

"Papa John's" pizzeriya şəbəkəsi Rusiyada əməliyyatlarını dayandırır

İqtisadiyyat Materials 9 Mart 2022 22:18 (UTC +04:00)
"Papa John's" pizzeriya şəbəkəsi Rusiyada əməliyyatlarını dayandırır

Bakı. Trend:

ABŞ-ın "Papa John's International Inc" pizzeriya şəbəkəsi Rusiyadakı bütün korporativ əməliyyatlarını dayandırdığını elan edib.

Trend xəbər verir ki, bu barədə şirkətin cümə axşamı yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, şirkət bütün əməliyyat, marketinq və biznes dəstəyini, eləcə də Rusiya bazarı ilə qarşılıqlı əlaqəni bitirib.

Həmçinin bildirilir ki, şirkətin Rusiyada restoranı yoxdur və bütün ticarət nöqtələri "françayzi"lər tərəfindən idarə olunur. Bu o anlama gəlir ki, artıq heç bir sahibkar Rusiya ərazisində "Papa John's International Inc" əmtəə nişanı altında fəaliyyət göstərə bilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti