...

Yumşalmalar qiymət artımına səbəb olacaq? - AÇIQLAMA

İqtisadiyyat Materials 11 Mart 2022 14:46 (UTC +04:00)
Yumşalmalar qiymət artımına səbəb olacaq? - AÇIQLAMA
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda karantin qaydalarının yumşaldılması,bəzqadağaların aradan götürülməsi ictimai iaşə və xidmət sektorunda qiymət artımlarına səbəb olmayacaq.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, yumşalmalar əsasən ictimai iaşə və eləcə də xidmət sektorunda fəallığın artmasına gətirib çıxaracaq və eyni zamanda bu sahədə dövriyyənin çoxalmasına səbəb olacaq.

“Bu yumşalmalar eyni zamanda turizm sektoruna müsbət təsir göstərəcək. Bu baxımdan gözlənilir ki, yumşalmalardan sonra daxili turizmdə artımlar olacaq. Lakin yumşalmalar ictimai iaşə və eləcə də xidmət sektorunda qiymətlərə elə də ciddi təsir göstərmir, çünki bu gün qiymətlərə xarici bazarlardakı qiymət artımları təsir edir”, - deyə deputat bildirib.

O əlavə edib ki,məhdudiyyətlərin yumşaldılması həmçinin məşğulluğun artmasına imkan yaradacaq. “Həm yeni iş yerləri açılacaq, həm də əvvəllər məhdudiyyətlər səbəbindən başlanan iş yerləri yenidən açlılacaq”, - deyə V.Bayramov əlavə edib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərara əsasən, 2022-ci il martın 6-dan etibarən dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna, dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə, bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə;ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə, masaj xidmətlərinin göstərilməsinə, sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə icazə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti