...

AZAL İtaliyaya uçuşları bərpa edir

İqtisadiyyat Materials 5 Aprel 2022 14:21 (UTC +04:00)
AZAL İtaliyaya uçuşları bərpa edir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Milan-Bakı beynəlxalq marşrutu üzrə reyslər yerinə yetirməyə başlayacaq.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı-Milan marşrutu üzrə və əks istiqamətdə xüsusi reyslər mayın 21-dən etibarən çərşənbə və şənbə günləri həyata keçiriləcək.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Azərbaycan və İtaliya arasında müntəzəm hava əlaqəsi pandemiya səbəbindən dayandırılmışdır.

Sözügedən reyslərə yalnız qeyd olunan daşınma şərtlərinə cavab verən və COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

İtaliyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunmuşdur: https://www.azal.az/az/information/covid-italy

Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-azerbaijan.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti