...

Azərbaycan və Həştərxan əməkdaşlığı genişləndirə bilər - Qubernator

İqtisadiyyat Materials 26 Aprel 2022 13:47 (UTC +04:00)
Azərbaycan və Həştərxan əməkdaşlığı genişləndirə bilər - Qubernator
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın "Azimut" aviaşirkəti Həştərxan-Bakı marşrutu ilə həftədə dörd dəfə uçuşlar həyata keçirməyə hazırdır.

Trend-in məlumatına görə, bunu vilayətin qubernatoru İqor Babuşkin öz "Telegram" kanalında yazıb.

Qubernator həmçinin qeyd edib ki, Bakıya səfəri çərçivəsində regionlararası əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub.

"Biz Azərbaycanın Abşeron rayonu ilə sazişin imzalanmasında maraqlıyıq. Bizim regionlarımızın çox ortaq cəhəti var: biz kənd təsərrüfatını inkişaf etdiririk, kənd təsərrüfatı xammalının emalını həyata keçiririr və fəal şəkildə əməkdaşlığa hazırıq. Əminəm ki, regional səviyyədə birbaşa təmasların qurulması bizim üçün yeni perspektivlər açır", - qubernator yazıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti