...

Həştərxanla Bakı arasında birbaşa uçuşlar başlayacaq

İqtisadiyyat Materials 10 May 2022 16:46 (UTC +04:00)
Həştərxanla Bakı arasında birbaşa uçuşlar başlayacaq
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

İyun ayından Rusiyanın Həştərxan şəhəri ilə Bakı arasında birbaşa uçuşlar işə düşəcək.

Trend-in məlumatına görə, bunu vilayətin qubernatoru İqor Babuşkin öz "Telegram" kanalında yazıb.

Qubernator bildirib ki, reyslər həftədə iki dəfə Rusiyanın "Azimut" avişirkəti tərəfindən həyata keçiriləcək.

Bundan başqa, qeyd olunub ki, Bakıda Həştərxan vilayətinin firma mağazalarının açılması planlaşdırılır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti