...

Holcim Azərbaycan zavodunun işə salınmasının 70 illiyi qeyd olunur

İqtisadiyyat Materials 16 May 2022 11:00
Holcim Azərbaycan zavodunun işə salınmasının 70 illiyi qeyd olunur

Trend-i buradan izləyin

Bakı. Trend:

Holcim Azərbaycan zavodunun yaranması 70 illik zəngin tarixə malikdir. 2019-cu ildə zavodun təməlinin qoyulmasının 70-ci ildönümü qeyd edilirdi, zavod isə 1952-ci ildə fəaliyyətə başlayıb. Bu da o deməkdir ki, bu il zavodun işə salınmasının və məhsulların bazara çıxarılmasının 70 illiyini qeyd olunur.

Holcim Azərbaycanın bu illərə təsadüf edən bütün dövrlərində onun yanında olmuş və layihələrdə fəal iştirak etmişdir. Əminliklə deyə bilər ki, hər bir əhəmiyyətli dövlət müəssisəsinin binasında, yaxud çoxmərtəbəli yaşayış binasının ərsəyə gəlməsində onun da töhfəsi var.

Holcim böyük məmnuniyyətlə bildirir ki, Qaradağ zavodunda keyfiyyətli sement növlərinin istehsalı ilə bağlı 70 illik tarixini əks etdirən yeni dizaynlı kisə məhsulları təqdim olunub.

Yubiley kisəsi ekoloji cəhətdən 35% daha təmizdir, çünki kağız və kisə istehsalı ilə bağlı CO2-nu azaldır. Şirkət inanır ki, bu dəyişiklik Pərakəndə kisə Sementinin Satışı və Çatdırılması fəaliyyətinə daha çox yenilik gətirəcək və Holcim məhsullarının bazarda görünməsini və cəlbediciliyini artıracaq.

Fərdi ev inşaatçılarına və ustalara keyfiyyətli tikinti işlərinin aparılmasında kömək etmək üçün kisənin arxa hissəsində tətbiq qaydaları təklif olunur, bunlara: suvaq və hörgü üçün məhlullar, beton tətbiqləri və s. daxildir.

Mövcud dizaynlı kisələrin ehtiyatı bitənə qədər, hazırki kisələrdən yubiley dizaynlı kisələrə keçid çevik və mərhələli şəkildə həyata keçiriləcək.

"Sizi əmin etmək istəyirik ki, Holcim sementlərinin keyfiyyəti yüksək və vahid olaraq qalır. Yubiley kisəsi bizim davamlı və etibarlı əməkdaşlığa görə müştərilərimizə minnətdarlığımızı ifadə etmək üsulumuzdur", - şirkətin baş direktoru Xalid Samaka qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti