...

İsrailin Azərbaycanda qeyri-neft sektoruna investisiyalarının həcmi açıqlanıb

İqtisadiyyat Materials 18 May 2022 17:54 (UTC +04:00)
İsrailin Azərbaycanda qeyri-neft sektoruna investisiyalarının həcmi açıqlanıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail 1995-2021-ci illər ərzində Azərbaycan qeyri-neft sektoruna 24 milyon dollar investisiya qoyub.

Trend-in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) müşaviri Zöhrab Qədirov Azərbaycan-İsrail biznes forumunda deyib.

Həmçinin qeyd olunub ki, 2022-ci ilin əvvəlindən 91 İsrail şirkəti Azərbaycanda biznesini qeydiyyatdan keçirib.

Bu şirkətlər sənaye, tikinti, kənd təsərrüfatı kimi sahələrdə fəaliyyət göstərir.

Qeyd edək ki, mayın 18-də Bakıda Azərbaycan-İsrail biznes forumu keçirilib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti