...

Hazırda 60-dan çox üzvü olan "MÜSİAD Azərbaycan" 4 mindən çox insanı şirkətlərində işlə təmin edib - Rəşad Cabirli

İqtisadiyyat Materials 18 May 2022 20:48 (UTC +04:00)
Hazırda 60-dan çox üzvü olan "MÜSİAD Azərbaycan" 4 mindən çox insanı şirkətlərində işlə təmin edib - Rəşad Cabirli
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda 60-dan çox üzvü olan MÜSİAD Azərbaycan 4 mindən çox insanı şirkətlərində işlə təmin edib.

Trend xəbər verir ki, bunu MÜSİAD Azərbaycanın rəhbəri Rəşad Cabirli iş adamları ilə görüş zamanı bildirib.

O qeyd edib ki, MÜSİAD hal-hazırda dünyanın 82 ölkəsində 164 şöbəsi olmaqla 12 mindən çox üzvü ilə 60 min iş yerini əhatə edir.

“Bu isə öz növbəsində 1 milyon 800 mindən çox insanın işlə təmin edilməsi deməkdir. MÜSİAD Azərbaycan filialımız 2018-ci ildə aktiv fəaliyyətə başlayıb. Hazırda 60-dan çox üzvümüzlə 4 mindən çox insan işlə təmin edilib. Ötən 30 il ərzində MÜSİAD böyük məsafələr qət edərək qlobal sərmayə platformasına çevrilib. MÜSİAD Azərbaycan tərəfindən daha əvvəl 2 dəfə, bu gün isə üçüncüsü keçirilən iş adamalarının şəbəkəyönümlü görüşü növbəti aylarda da keçirilməyə davam edəcək”, - deyə R.Cabirli qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti