...

MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə Bakıda iş adamlarının görüşü keçirilib (FOTO)

İqtisadiyyat Materials 18 May 2022 20:38 (UTC +04:00)
MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə Bakıda  iş adamlarının görüşü keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə Bakıda iş adamlarının görüşü keçirilib.

Trend xəbər verir ki, görüşdə Türkiyənin Kocaeli bölgəsinin Körfəz Ticarət Palatasından 30 nəfərlik nümayəndə heyəti, eyni zamanda MÜSİAD Azərbaycan üzvləri və 150-dən çox iş adamı iştirak edib.

Üzvlərinin işgüzar əlaqələrinin artırılması, yeni tərəfdaşlıqların,yeni layihələrin reallaşdırılması üçün ölkə iqtisadiyyatı və dünya iqtisadiyyatı haqqında məlumatların mübadiləsi üçün keçirilən görüş, iştirakçılar tərəfindən müsbət qarşılanıb.

MÜSİAD-ın Azərbaycan prezidenti Rəşad Cabirlinin açılış nitqi ilə başlayan tədbirdə təşkilatın aparıcısı olan MÜSİAD Azərbaycan üzvü Peynirci Baba şirkətinin Azərbaycan təmsilçisi Xəqani İbrahimov, Türkiyənin Azərbaycandakı Ticarət Müşaviri Ahmet Erdal , Azərbaycan və Türkyə arasında olan ticarət dövriyəsi haqqında iştirakçılara məlumat verib.

Bütün bunlarla yanaşı , iş dünyasının önəmli simalarının bir araya gəldiyi görüşdə əlaqələrin möhkəmləndirilməsi və birgə iş imkanları müzakirə olunub.

MÜSİAD Azərbaycan tərəfindən daha əvvəl 2 dəfə, bu gün isə üçüncüsü keçirilən iş adamalarının şəbəkəyönümlü görüşündə iştirak edən edən qonaqlar keçirilən bu görüşün vacibliyini vurğulamaqla yanaşı məmnunluqlarını da bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti